Bakcell şirkəti 4G şəbəkəsini istifadəyə verdi

Azərbaycanın mobil operatoru Bakcell şirkəti LTE 4G şəbəkəsinin kommersiya istismarına buraxıldığını bəyan edib. AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, bu barədə şirkətin rəhbəri Riçard Şirer 4G şəbəkəsinin işə salınmasına həsr olunan mətbuat konfransında bildirib. Bakcell həmçinin şəbəkə istifadəçiləri üçün 3 yeni paket təqdim edib. Mətbuat konfransında qeyd edilib ki, smartfon istifadəçiləri üçün 3 qiqabayt …

Azərbaycanda elektron ticarət dövriyyəsində 2 dəfəyə yaxın artım qeydə alındı

AgahMedia.Com informasiya portalının Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, 2015-ci ilin yanvar-mart aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 5,8 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çox əmtəə satılmışdır. Satılmış istehlak mallarının 50,2 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,8 faizini qeyri-ərzaq malları təşkil etmiş və qeyri-ərzaq mallarının …

Azərbaycanda elektron arayışların sayı artırıldı

AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, bu gün “Elektron hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 e-arayış portal üzərindən vətəndaşlarımızın istifadəsinə verilib. İstifadəçilər tərəfindən səbirsizliklə gözlənilən həmin e-arayışlar aşağıdakılardır: Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış Yaşayış yeri haqqında …

“Bitcoin”ə bənzər yeni virtual valyutanın təqdimatı oldu

AgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, Beynəlxalq Valyuta Fondu yeni “Dot Money” virtual valyutasını təqdim edib. “Dot Money” virtual valyuta olmaqla “Bitcoin” rəqəmli pulunda tətbiq olunan oxşar texnologiyadan istifadə edir. “Payspacemagazine” resursu xəbər verir ki, yeni kriptovalyuta dünya iqtisadiyyatını sabitləşdirməyə kömək etmək, insanları və ölkələri yerli valyutaların devalvasiyasından qorumaq məqsədilə hazırlanıb. “Dot Money”dən …

BMT qlobal elektron ticarət reytinqini açıqladı

AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) müxtəlif ölkələrdə elektron ticarətin inkişafı üçün şəraiti qiymətləndirib. Reytinqdə 130 ölkə yer alıb. İndeks hesablamasında internetdən istifadə göstəriciləri, təhlükəsizlik səviyyəsi, kredit kartlarının yayılması və poçt xidmətlərinin keyfiyyəti nəzərə alınıb. Reytinqə kiçik Avropa ölkələri – Lüksemburq, …

Azərbaycanda əhali ən çox ərzaq məhsullarına pul xərcləyir

AgahMedia.Com informasiya portalının Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, 2015-ci ilin yanvar-fevral aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 3,5 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox əmtəə satılmışdır. Satılmış istehlak mallarının 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil etmiş və qeyri-ərzaq mallarının …

Azərbaycanda “PayPal” və “WebMoney”ə bənzər ödəniş sistemi yaradılacaq

Azərbaycanda 2015-ci ilin yayınadək ilk milli ödəniş sistemi yaradılacaq. AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, “Millikart Group” prosessinq mərkəzinin icraşı direktoru Cəlal Orucovun sözlərinə görə, hazırda Azərbaycanda bir neçə şirkət elektron ödəniş sisteminin yaradılması istiqamətində çalışır: “Bu şirkətlər müxtəlif forma və faktorlar seçiblər. Bir şirkət internet səhifəsi, digəri isə mobil proqram vasitəsilə işləmələr …

Azərbaycanda elektron ticarət dövriyyəsində növbəti artım qeydə alındı

AgahMedia.Com informasiya portalının Dövlət Statistika Komitəsindən aldığı məlumata görə,bu ilin ilk ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,5 dəfə artaraq 864,9 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 96,0 faizini qeyri-ərzaq malları …

“Youtube” Azərbaycanda bazar payını artırır

AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, “Global Stats” statistik mərkəzinin hesablamalarına əsasən, son bir ayda Azərbaycanda “Youtube” sosial şəbəkəsinin istifadəçilərinin sayı kəskin artsa da, “Facebook” və “Twitter” sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub. Ölkəmizdə “Youtube” sosial şəbəkəsinin payı 90 faizədək artaraq sosial media bazarının 28,52 faizini təşkil …

Azərbaycanda bütün dövlət xidmətləri elektronlaşdırılacaq

2020-ci ilədək Azərbaycanın dövlət qurumlarının bütün xidmətləri elektron formata keçiriləcək. AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, bu haqda danışan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Elektron hökumətin qurulmasının problemləri” adlı birinci elmi-praktik konfransda bildirib ki, hazırda 2013-cü ildə işə salınmış “Elektron hökumət” portalında istifadə edilə bilən xidmətləri əldə etmək üçün müraciətlərin sayı …

23 ölkədən 250 şirkətin nümayəndələri “Bakutel”də görüşəcəklər

Dekabrın 2-də Bakı Ekspo Mərkəzində İKT sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir – Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2014”) Sərg -Konfransı öz işinə başlayacaq və eyni zamanda bu nəhəng tədbirin 20 illik yubileyi qeyd ediləcək. Bu münasibətlə “JW Marriott Hotel Absheron” mehmanxanasında çeçirilən mətbuat konfransında açılış nitqi ilə çıxış edən rabitə və yüksək texnologiyalar …

Bakı II Regional İnternet İdarəçilik Forumuna ev sahibliyi edəcək

AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən aldığı məlumata görə, 2-ci Regional İnternet İdarəçilik Forumu 02-03 dekabr tarixlərində “Bakutel-2014” Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində baş tutacaq. Builki konfrans Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə reallaşdırdığı “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və …

İnternetin təhlükəli tərəfləri…

Böyük Britaniyada keçirilən sosioloji sorğu nəticəsində bəlli olub ki, gənclərin əksəriyyətində internet asılılığı simptomu müşahidə edilir. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, 1300 nəfər arasında sorğu keçirən Digital Clarity marketinq şirkəti belə qənaətə gəlib ki, rəyi soruşulan 18- 25 yaşlı gənclərin 16 faizində belə əsəb pozğunluğu müşahidə edilməkdədir. Digər asılılıqlar kimi , internet …

“Twitter” ABŞ hökümətini məhkəməyə verməyə hazırlaşır

AgahMedia.Com informasiya portalının İTV-yə istinadən məlumatına görə, “Twitter” sosial şəbəkəsi söz azadlığının qorunması tələbi ilə ABŞ hökümətini məhkəməyə verəcək. Hazırda şirkət digər sosial şəbəkələr kimi, hüquq mühafizə orqanlarını, istifadəçilərin şəxsi məlumatları ilə təmin etməlidir. Bununla əlaqədar hər hansı bir məlumat yaymaq şirkətlərə qadağan olunub. Aprel ayında “Twitter”in hüquq mühafizə orqanlarının sorğuları da daxil olmaqla “şəffaflıq …

“YouTube” internetsiz də işləyəcək

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, dünyanın ən böyük video platforması “YouTube”da videolar artıq offlayn olaraq da izlənilə biləcək. Google sahibi olduğu məşhur video platforması YouTube qarşıdakı həftələrdə istifadəçilərinə böyük bir jest edəcək. Onlar artıq videoları internetə bağlı olmadıqlarından belə izləyə biləcək. İlk etapda Hindistanda tətbiqə qoyulacaq olan YouTube-un yeni xüsusiyyətinin Google-un ən …

“Facebook” 20 dəqiqəlik fasiləyə görə yarım milyon dollar itirdi

Sentyabrın 4-nə keçən gecə “Facebook”da 20 dəqiqə davam edən növbəti fasilənin yaranmasını dünyanın əksər ölkələrinin istifadəçiləri hiss edib. AgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, bu barədə internet saytlarının iş statusunu izləyən “DownForEveryoneOrJustMe” servisinin məlumatında deyilir. Belə ki, ötən gecə sosial şəbəkədən Rusiya, ABŞ, Tailand, Böyük Britaniya, Almaniya və digər ölkələrdə istifadə qeyri-mümkün olub. …

Bakıda kiberidman üzrə dünya çempionatı keçiriləcək

AgahMedia.Com informasiya portalının Mincom.gov.az resursuna istinadən məlumatına görə, Azərbaycanda kiberidman artıq peşəkar səviyyəyə yüksəlib. Bunu avqustun 9-10-da “Park İnn” otelində keçirilən Kompüter Oyunları üzrə IX Milli Çempionatın final mərhələsi bir daha təsdiq etdi. Kompüter Oyunları üzrə Milli Assosiasiyadan bildirilib ki, sözügedən yarışlar Azərbaycan Kiberidman Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə təşkil olunub. …