Ucuz təyyarə biletləri və sərfəli otellər burada…

Səyahətlərinizi planlayarkən təyyarə biletlərini və ya kirayələyəcəyiniz otelləri internet vasitəsilə sifariş verməyə üstünlük verirsinizsə, www.travelkinds.com qiymət qarşılaşdırma saytından da faydalana bilərsiniz. Əsasən ingilis və rus dillərində xidmət göstərən bu sayt, dünya miqyasında yüzlərlə şirkətin, səyahət resurslarının təklif etdiyi xidmətlərin qiymətlərini analiz və müqayisə edərək, sizə uyğun olan vaxtda ən uyğun və ucuz aviabiletləri və sərfəli …

Problemli kreditlərin həlli üçün yaradılan portalın istifadəsinə dair video təlimat …

AgahMedia.Com informasiya portalı Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən problemli kreditlərin həlli üçün yaradılan elektron resursun istifadəsinə dair video təlimatatı təqdim edir … Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən problemli kreditlərlə bağlı istifadəyə verilən elektron portalda hesablanmış kompensasiya məbləği , məbləğin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin, restruktrizasiya güzəştinin şamil olunacağı …

“Kupça”larla bağlı növbəti yenilik…

AgahMedia.Com informasiya portalının Əmlak Məsələləri Dövlət Komitəsindən aldığı məlumata görə, artıq elektron çıxarışa sahib olan vətəndaşlar öz sənədlərinin həqiqiliyini onlayn olaraq yoxlaya bilərlər. Bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur. Xidmət ödənişsiz olaraq yerinə yetirilir. “Vətəndaşlar Elektron Hökumət Portalına (http://e-emdk.gov.az/eemdk/az/CheckElectronExtract) daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına …

“ASAN Ödəniş” sisteminin imkanları artırıldı…

AgahMedia.Com informasiya portalının “ASAN Xidmət”dən aldığı məlumata görə, vətəndaş əlçatanlığının təmin edilməsi məqsədi ilə bütün ödəniş portallarının və ödəniş terminallarının, eləcə də elektron bankçılıq xidmətlərinin “ASAN Ödəniş” sisteminə inteqrasiya imkanları yaradılıb. Bu imkandan istifadə etməklə artıq vətəndaşlar hesab.az və e-pul.az ödəniş portalları vasitəsilə cərimə ödənişlərini həyata keçirə bilərlər. Yaxın zamanda portmanat.az ödəmə portalı, Milli Ön …

Dünyanın ən dəyərli brendləri…

AgahMedia.Com informasiya portalının Fins.az resursuna istinadən məlumatına görə, “Brend Finance”nin dərc etdirdiyi 2017-ci il “Global 500” hesabatında “Google”, marka dəyərini keçən ilə nisbətən 24% artırıb və beləliklə sıralamanın yeri dəyişərək “Google” 1-ci, “Apple” isə 2-ci sıraya keçib. Nəşr olunan hesabatda diqqətçəkən bir mövzu vardır ki, “Apple”ın sadiq müştəriləri, hesabata əsasən firmaya olan inamını itirməyə başlayıb. …

“Bitcoin”in qiyməti 5000 dolları keçdi…

Rəqəmsal pul vahidi olan “bitcoin”in dəyəri ilk dəfə olaraq 5000 dollardan yuxarı olub. AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, iqtisadçılar kriptovalyutalara kapital qoyuluşun Azərbaycanda da maraqın artıdığını və bu yolla qazanc əldə etməyin mümkün olduqunu bildirir. Ötən gün açıqlanan rəqəmlərə görə məşhur kriptovalyuta olan bitcoinin qiyməti tarixində ilk dəfə olaraq 5013 dollara qədər …

Azərbaycanda ən çox istifadə olunan elektron xidmətlərin statistikası…

Ölkə əhalisinin elektron xidmətlərdən istifadəsi genişlənir. “Elektron hökumət” portalına müraciət edən istifadəçilərin sayının hər ötən gün artması bunu deməyə əsas verir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Elektron hökumət” portalında təqdim olunan elektron xidmətlərdən istifadə üzrə növbəti statistikanı açıqlayıb. AgahMedia.Com informasiya portalının Məlumat Hesablama Mərkəzindən aldığı məlumatda bildirilir ki, statistikaya əsasən, 2016-cı ilin yanvarın …

Azərbaycanda elektron ticarətə vergi nəzarəti gücləndirilir…

AgahMedia.Com informasiya portalının Vergilər Nazirliyindən aldığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamı bu il vergi sahəsində əsaslı islahatlara yol açıb. Həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Elektron …

Azərbaycan Turizm Assosiasiyasından xəbərdarlıq!…

“Tanınmış tur-şirkətlər adından yaradılan saxta “Facebook-klonlar” vətəndaşlarımızı aldadırlar.” AgahMedia.Com informasiya portalının Fins.az resursuna istinadən məlumatına görə, belə bir bəyanatla Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov çıxış edib. Onun sözlərinə görə, sosial şəbəkələrdə belə birgünlük şirkətlərin sayı çox sürətlə artır. Onlar yaratdıqları klon-səhifələrdə öz xidmətlərini elan edərək, sonradan naməlum şəkildə yoxa çıxırlar. «Ayrı-ayrı şəxslər “Facebook” da …

«Kupça»ların verilməsində yenilik…

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı prosesində dəyişiklik edilib. AgahMedia.Com informasiya portalının Fins.az resursuna istinadən məlumatına görə, Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə görə, əmlakın qeydiyyatı və digər əməliyyatların müddəti azaldılıb. Belə ki, qanunun 9.2-ci maddəsinə görə, daşınmaz əmlakın qeydiyyatı və çıxarışın verilməsi üçün maksimum müddət 20 gündən 10 iş …

Daşınmaz əmlakın sənədləşdirilməsi daha da asanlaşdı… (Video)

Evlərin, torpaqların sənədləşdirilməsi daha da asanlaşdı… Posted by AgahMedia.Com on 5 Ekim 2015 Pazartesi Əmlak Məsələləri Dövlət Komitəsində “bir pəncərə” sisteminin tətbiqinə başlanılıb. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə,  artıq daşınmaz əmlaklarını qeydiyyata aldırmaq istəyənlərin yalnız bir idarəyə müraciət etmələri kifayətdir. Vətəndaş əmlakının qeydiyyatı üçün reyestr xidmətinə müraciət etdikdən sonra elektron formada müraciət …

Azərbaycanda elektron ticarət dövriyyəsində ciddi artım qeydə alındı

AgahMedia.Com informasiya portalının Dövlət Statistika Komitəsindən aldığı məlumata görə,2015-ci ilin yanvar-avqust aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artaraq 8,2 milyon manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 92,7 faizi hüquqi şəxslərdən, 7,3 faizi isə fərdi sahibkarlardan alınmışdır. Elektron ticarət dövriyyəsinin 96,5 faizi qeyri-ərzaq …

Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı sadələşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yeni onlayn xidmətlərinin tətbiqi nəticəsində ölkədə daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tamamilə sadələşib. AgahMedia.Com informasiya portalının Fins.Az resursuna istinadən məlumatına görə, təkrar bazarda alqı-satqı əməliyyatı zamanı əvvəllər müəyyən müddət alan prosedurlar indi aradan qalxıb. Belə ki, vətəndaşların əvvəllər qeydiyyatla bağlı vaxt sərf etdikləri hüquqi hərəkətlər indi onlayn rejimdə baş verir. …

Azərbaycandakı internet istifadəçilərinin statistikası açıqlandı

AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, Dövlət Statistika Komitəsi tərəfindən cari ildə cəmiyyətdə İKT-dən istifadə səviyyəsinin qiymətləndirilməsi üzrə sorğu keçirilib. Sorğunun nəticələrinə görə, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 65-ə, kompüter istifadəçilərinin sayı isə 67.8-ə bərabərdir. Həmçinin, sorğunun nəticəsinə görə, ev …

İnternet reklam bazarı televiziya reklam bazarını üstələyəcək

AgahMedia.Com informasiya portalının “ICTnews” elektron xəbər xidmətinə istinadən məlumatına görə, Beynəlxalq “ZenithOptimedia” agentliyinin yeni hesabatına əsasən, internet elan verənlər üçün ən sürətlə inkişaf edən mühit olaraq qalır və 2020-ci ilədək internet reklam xərcləri televiziya reklam xərclərini ötəcək. Hesabata əsasən, internet reklam artıq 2014-cü ildən Avstraliya, Kanada, Danimarka, Norveç, Niderland, İsveç və Böyük Britaniyada üstün mövqeyə …

Avropanın ən çox qazanan internet mağazalarının reytinqi açıqlandı

AgahMedia.Com informasiya portalının Mincom.gov.az resursuna istinadən məlumatına görə, elektron ticarətə həsr edilən “Internet Retailer” bloqu Avropanın aparıcı internet mağazalarının illik reytinqini dərc edib. İlk onluğa “Amazon”, “Otto Group”, “Tesco Stores”, “Staples”, “Apple”, “Home Retail Group”, “Cnova”, “Zalando”, “Asda” və “Direct” mağazası daxildir. 2014-cü ildə Top-500-ə daxil olan bütün internet mağazalarının ümumi satışı əvvəlki illə müqayisədə 15,6 …

Azərbaycanda mobil nömrə satışı ilə bağlı qaydalar sərtləşdirildi

Nazirlər Kabineti mobil nömrələrin satışına nəzarəti gücləndirib. AgahMedia.Com informasiya portalının ANS TV-yə istinadən məlumatına görə, artıq istənilən adamın adına olan mobil nömrəni istifadə etmək mümkün olmayacaq. Bu qərar əslində vətəndaşların özlərinə faydalıdır. 3 ay ərzində qüvvəyə minəcək yeni qaydalara görə, abunəçi öz adına olan sim kartı başqa şəxsə istifadə etmək üçün verə bilməz. Bu qəti qadağandır. …