Author: AgahMedia.Com


Bakı şəhərində yeni tikilən binalardakı mənzillərin qiymətləri …

AgahMedia.Com informasiya portalı FED.Az saytına istinadən, hazırda, Bakıda inşa edilən və ya tiknitisi başa çatan, satışda olan binalardakı mənzillərin qiymətlərini təqdi edir. Məlumat üçün bildirək ki, qeyd edilən mənzillərdə ən kiçik 1 otaqlı mənzillərin sahəsi 36 kv metrdir. Yeni tikililərin avtomobil dayanağı üçün qiymətlər isə 600 manatdan 80 min manat arasındadır.

«Hünər Qüllələri»

Bakının ən tanınmış yaşayış kompleksi – «Hünər Group»un məşhur «Hünər Qüllələri» Ağ Şəhərdə yerləşir. Bakının ən prestijli komplekslərindən tanınan binada mənzillər kv metri 1780 manata təklif olunur. Bina mənzilləri kreditlə də alamq olar. Bu zaman 30% ilkin ödəniş etməklə qalan məbləği 36 aya da ödəmək olar. Kompleksdə mənzil əldə edənlər və sakinlər burada yaradılan 14 otaqlı istirahət, əyləncə və idman məkanlarından faydalana biləcəklər.

«Zirvə Park»

Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən “Zirvə Park” yaşayış kompleksi 2 bir bloklu 19 mərtəbəli binadan ibarətdir. Hər blokda 3 lift mövcüddur (1 yük və 2 sərnişin). Kompleksin hər mərtəbəsində 4-6 mənzil olmaqla, cəmi 187 mənzil mövcuddur. Kompleksdə 1, 2, 3 və 4 otaqlı gözəl mənzərəli mənzillər satılır və hər mənzilin layihəsi istəyə görə dəyişdirilə bilər. 19 mərtəbəli bina gələn ilin yayında təhvil veriləcək. Mənzillərin kv metri 1350-1500 manatdır. Mənzillər kreditlə verildikdə isə 30% ilkin ödənişlə 3 ilə aylıq 1400-1500 manata təklif olunur.

«Sahil Residence»
«Sahil Residence» yaşayış kompleksi 1 ha ərazidə yerləşməklə 10 bloklu, 8 mərtəbəli iki korpusdan ibarət olan binadır. Cəmi 152 mənzil olmaqla, hər mərtəbədə 2-3 mənzil mövcuddur. Hər blokda 1 lift var. Kompleksdə 2, 3, 4 və 5 otaqlı mənzillər satılır və hər mənzilin layihəsi istəyə görə dəyişdirilə bilər. Mənzillər nağd və ya kreditlə alına bilər. Mənzillərin kvadratmetri 1600 manata təklif olunur. Bina gələn ilin sonu təhvil veriləcək. Kredit şərtləri isə 30% ilkin ödənişlə 24 ayadək kreditlə verilir.

«Nəsimi layihəsi»

“Olympus Park” şirkətinin bir neçə layihəsi var. Bunlardan biri Nəsimi Bazarının yerində inşa edilir. Bu layihə 4 binadan 2 bina 18 mərtəbə, 2-si isə 20 mərtəbəli tikilidən ibarətdir. Binalarda mənzillərin kvadratmetrinin qiyməti 1500-1650 manat arasında dəyişir. 20 mərtəbəli binalar iyulda təhvil veriləcək.
«28 May layihəsi»
Şirkətin digər layihəsi «28 May» metro stansiyasının ikinci çıxışında yerləşir. 18 mərtəbəli binanın hələlik 4 mərtəbəsi inşa edilib. Bu binada mənzillərin kv metri 1500-1600 manat arasında dəyişir.

«Səbail layihəsi»
Badamdar qəsəbəsində, Tofiq Məmmədov küçəsində, poçt şöbəsinin yaxınlığındadır. Bu qəsəbədə inşa edilən bina 18 mərtəbəlidir. Binada mənzillərin hər kv metri 1100-1200 manat təklif olunur.
«Butik 12»
«Olympus Park»ın «Butik 12» layihəsi 12 mərtəbədən və 50 mənzildən ibarətdir. Xüsusi 12 sot həyətindən ibarət premium bina Azadlıq metrosu ətrafında «Bolluq» bazarına yaxın ərazidə yerləşir. Binanın 7 mərtəbəsindən 6-sı artıq inşa edilib. Qeyd edilən binada mənzilin kvadratmetri 1150-1250 manata təklif olunur.

«Neftçilər layihəsi»
“Olmpus Park”ın digər bir binası 8-ci kilometrdə Xəzər Universitetinin arxasında yerləşir. Layihə 2 binadan ibarətdir – 14 mərtəbəli və 15 mərtəbəli. Təmirsiz binada mənzillərin kvadratmetri 1110 manatdan, təmirlidə isə 1250 manatdan təklif olunur. Təmirli mənzillərdə laminasiya, santexnika, emosiya işləri görülüb. Bütün mənzillər üçün çıxarış verilir. “Olympus Park”da kredit şərtləri isə ilkin ödəniş olaraq mənzilin 40-50% ödənməlidir. Qalan məbləğ isə 24 ay ərzində hissə-hissə ödənə bilər.

«Badamdar Residence»
Badamdar qəsəbəsində inşa edilən yeni layihələrdən biri də “Badamdar Residence”dir. Binanı “MWL” şirkəti inşa edir. Bina 18 mərtəbəlidir. Mənzillər təmirsiz təklif olunur, kvadratmetri 1100 manatadır.

«Bakıxanov Residence»
Şirkətin hazırda 2 layihəsi inşa edilir. Bunlardan biri Bakıxanov Qəsəbəsində yerləşən «Bakıxanov Residences»dir (Fire Land), digəri isə Həyat Residences 2 (Briliance Residence-2)dir. «Fire Land»də mənzillərin kvadratmetri 1100 manat, «Brilians Residence»də isə 950 manatdır.
Kreditlə «Fire Land»ə 50-70% ilkin ödəniş olmaqla kvadratmetr 1200-1170 manata, «Brillians Residence-2»də isə 1070-1000 manata mənzil almaq olar. Sənədi çıxarışdır, mənzillər təmirsizdir, bina hələ təhvil verilməyib.

«Terras Park»
Bakıxanov qəsəbəsində inşa edilən daha bir kompleks – «Teras Park» 1 ha ərazini əhatə edən səkkiz bloklu 23 mərtəbəli 5 korpusdan ibarət olan yaşayış kompleksidir. Hər mərtəbədə 4-5 mənzil olmaqla, kompleksdə cəmi 520 mənzil nəzərdə tutulub. Hər blokda 2 lift var (yük və sərnişin). Kompleksdə sərbəst planlaşdırma imkanı olan 1-6 otaqlı mənzillər və duplekslər nəzərdə tutulub. Bina 23 mərtəbəlidir. Mənzilin qiyməti kv metrinə görə, nağd satışda 1080 manat, kreditlə isə 1230 manata təklif olunur. 2020-nin avqustda bina tam təhvil veriləcək. Kredit şərtləri isə ilkin ödəniş olaraq 30% qalan məbləğ isə 60 aya kreditlə verilir.

«Pilot Residences»
«Pilot Residences» Nizami küçəsi, 4 ünvanında, Axundov bağının yaxınlığında yerləşir. 5 bloklu 12 mərtəbəli binadır. Mənzillərin kv metri 3 min manata təklif olunur. Mənzillər kreditlə də təklif olunur. Bu zaman isə 30% ilkin ödənişlə məbləğin qalanını 18-aya da ödəmək olar.

«Yeni Zığ Yaşayış Kompleksi»
«Yeni Zığ Yaşayış Kompleksi» Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi 93-də yerləşir. Yaşayış kopmpleksi keçmiş trolleybus parkına yaxındır. Kompleksdən nağd mənzil alanlara evglərin kv metri 850 manata təklif olunur. Həmçinin yaşayış kopmpleksi sərfəli qiymətə mənzilləri kreditlə də təklif edir. 50% ilakin ödənişlə mənzilləri 900 manatdan, 30% ilkin ödənişlə isə 950 manatdan almaq olar. Yaşayış kompleksində 1 otaqlı mənzillərin sahəsi 59,40 kv metrdir. Bu mənzillər üçün ilkin ödəniş isə 16 929 manat təşkil edir.

«Paris Evləri»
«Paris Evləri» Bakının «Ağ şəhər» ərazisində, S. Vəzirov küçəsində yerləşir. Layihə 1 korpus, 9 blok, 7 mərtəbə , 132 mənzildən ibarətdir. Burada mənzillərin kvadratmetri 1600 manata təklif olunur. Mənzillər kreditlə ilkin ödənişi 30% olmaqla 18 aya təklif olunur.

«Park Avenue Residence»
«Park Avenue Residence» də «Ağ Şəhər»də, Qarabağ Atları Meydanının yaxınlığında inşa edilir. Ümumi sahəsi 1,5 hektar olan ərazidə inşa edilən 8 mərtəbəli yaşayış kompleksinə 161 mənzil daxildir. Qeyd edilən binada mənzillərin kv metri 1500 manata təklif olunur. Mənzillər təmirsizdir. Bina 2021-ci ildə təhvil veriləcək.

«Premium Badamdar»
“Premium Badamdar” yaşayış kompleksi 32 sot ərazidə yerləşən 3 bloklu 16 mərtəbəli binadır. Hər blokda 2 lift mövcüddur (yük və sərnişin). Kompleksin hər mərtəbəsində 6 mənzil olmaqla, cəmi 300 mənzil var. Kompleksdə 1, 2 və 3 otaqlı mənzillər satılır və hər mənzilin layihəsi istəyə görə dəyişdirilə bilər. Binada mənzillərin qiyməti 1150 manata təklif olunur. Kredit şərtlərinə gəlincə isə daxili kreditlər ilkin ödəniş 505 olmaqla qalan məbləği 12 aya ödəmək olar. Mənzillər müqavilə ilə təklif olunur.

«Bayıl» layihəsi
Bayıl qəsəbəsində «Dünya Göz» Klinikasının yaxınlığında yerləşir. Layihə hər biri 16 mərtəbəli olan 3 binadan ibarətdir. Layihənin tikintisi tam başa çatdırılıb. Bu kompleksdə mənzillərin kv metri 2500-3000 manat arasında dəyişir.

«Azadlıq – 1» layihəsi
«Azadlıq-1» layihəsi «Azadlıq» metro stansiyasının yaxınlığında yerləşir. Yaşayış kompleksində təklif edilən mənzillər təmirldir. Qeyd edilən binada mənzillərn kv metri 1760 manata təklif olunur. Bina 16 mərtəbə və mansarddan ibarətdir.

«Yeni Günəşli-1»
“Yeni Günəşli – 1” layihəsi təmirlidir. Kompleks Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin “D” yaşayış massivində yerləşir. Binalar təmirlidir, mənzillərin kvadratmetri 1230 manatdır.

«Memar Əcəmi-1»
Memar Əcəmi metrosunun yaxınlığında yerləşən bina 2 blok, 17 mərtəbə və mansarddan ibarətdir. Yaşayaış kopmpleksində ən az mənzillər iki otaqlı, sahəsi isə 94 kv metrdən başlayır . «Memar Əcəmi-1» layihəsində mənzillərin kv metri 1640 manata təklif olunur.

«9-cu mikrarayon layihəsi»
Binəqədi rayonu IX mikrorayon Mir Cəlal küçəsi 3169-cu məhəllədə yerləşən bu yaşayış kompleks «20 Yanvar» və «Memar Əcəmi» metro stansiyalarına yaxındır. Binada mənzillər təmirsizdir, qiyməti 1360 manatdır.

«Azadlıq prospekti» layihəsi
«Azadlıq prospekti» layihəsi Nəsimi rayonu Kaveroçkin küç 30 (ABŞ səfirliyinin yanı) yerləşir. Kompleksdə mənzillərin kv metri 1850 manata təklif olunur.

«İnqilab Residence»
Bakı şəhəri Həsən Əliyev küçəsində yerləşən kompleksdə mənzillər təmirldir. Sakinlər üçün 3 fərqli təmir stili (klassik, neoclassik və modern) təklif olunur.
Mənzillərin kvadratmetri 1 840 manatdır.

«Şərifzadə» layihəsi
Mətbuat və Şərifzadə prospektlərinə çıxışı olan “Şərifzadə” layihəsinin yaxınlığında ASAN Xidmət, Musabəyov Parkı, Yasamal bazarının qalıqları və Rabitə qovşağı (ATS) yerləşir. Binada mənzillərin kvadratmetri 1730 manata təklif olunur.

«AAAF Park»
“AAAF Park” Yaşayış Kompleksində mənzillərin kvadratmetri nağd ödənişlə 450 manat, kreditlə 650 manatdır. Satılan mənzillərin yerləşdiyi binalar hazırda tikilməkdədir və şirkətdən bildirilir ki, bir ilə təhvil veriləcək. Kompleksdə 1 otaqlı mənzillərin sahəsi 29 kv metrdir. Kredit şərtləri ilkin ödəniş 20% olmaqla, 5 illikdir.

«Hillside Residence»
Bakının ilk «novostroyka»larından sayılan, Mehdi Hüseyn küçəsində, Millii Məclisin və «Alov Qüllələri»nin yaxınlığında yerləşən, vaxtilə BP-nin əməkdaşlarının yaşadığı binalardakı mənzillər bir neçə həftə əvvəl satışa açılıb. Burada hər biri 11 mərtəbə olan 4 bina və 80 mənzil var. Mənzillər təmirsizdir. Hər mənzil üçün əlavə olaraq avtomobil dayacağı verilir. Dayanacağın qiyməti 80 min manatdır. Mənzillərin qiyməti yerləşməsindən asılı olaraq 3000-4200 manat arasında dəyişir. Dənizə baxan mənzillər daha bahalıdır. Hələlik satışa yalnız 4 otaqlı mənzillər çıxarılıb, sahəsi 214 kvadratmetrdir.

Evini satanların vergi yükü azaldılacaq…

Gələn il yanvarın 1-dən qeydiyyatda olduğu özünə məxsus evi satanlar üçün vergi yükü azaldılacaq. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, layihəyə əsasən, fiziki şəxslər tərəfindən vergidən azad edilməklə, təqdim edilə yaşayış sahəsində ən azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda ola müddəti 3 təqvim ilinə endiriləcək. Eyni zamanda fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan sahəsi istisnasız vergidən azad olunacaq.

Başqa sözlə, artıq 3 il ərzində sahibi olduqları mənzildə qeydiyyatda olanlar mənzili satan zaman hər hansı vergi ödəməyəcək.

3 ildən az sahibi olduğu mənzildə qeydiyyatda olanlar isə evlərinin sahəsinin 30 faizi üçün vergi ödəməyəcək, yaşayış sahəsinin qalan sahəsi üçün isə hər 1 kvadratmetrə görə 15 manat olmaqla, sadələşdirilmiş vergi ödəyəcəklər. Bu halda verginin hesablanması yaşayış sahələri üzrə müəyyənləşdirilmiş əmsala vurulur.

Tutaq ki, Bakıda birinci zonada yaşayanlar 3 ildən az qeydiyyatda olduqları evlərini satarkən evlərinin sahəsinin 30 faizi üçün vergi ödəməyəcək, evlərinin qalan sahəsinin hər kvadratmetri üçün isə sadələşdirilmiş vergi 4 əmsalla hesablanacaq. Yəni hər kvadratmetr üçün 60 manat vergi ödəyəcəklər. Bu halda Bakıda 12-ci zonada yaşayanlar isə hər kvadratmetr üçün 1,2 əmsalla 18 manat ödəyəcəklər.

Ev satışına görə sadələşdirilmiş verginin ödənilməsinə nəzarət notariuslarda təmin edilir.

Hövsan və Zığ arasında 6 sot “kupça”lı torpaq satılır…

Hövsan və Zığ qəsəbələri arasında, “Uğur İnşaat”ın yaxınlığında, aftobus dayanacağına yaxın, 6 sot torpaq sahəsi satılır. Torpaq sahəsi ev tikintisi məqsədilə nəzərdə tutulub və dövlət reyestrindən müvafiq çıxarışı yəni “kupça”sı var. Torpağın ətrafı 5 daş hündürlüyündə hasarlanıb.
Torpaq sahəsinin satış qiyməti 22 Min Manatdır…

Əlaqə telefonu (WhatsApp): 070 517 38 45

Elan kodu: 11

Maklerlər və ya vasitəçi şirkətlər narahat etməsin!…

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu kontentle ilgili bazı kelimeler:

Bakıda satılan torpaqlar, Bakıda ev ve torpaq qiymetleri, Zığda ucuz torpaq sahesi, Hövsanda torpaq qiymetleri, Zığ qəsəbəsində torpaqların alqı-satqısı, Abşeron rayonunda torpaq alqi-satqi qiymetleri,ucuz kupçalı torpaqlar, Suraxanı rayonunda və ona yaxın ərazilərdə satılıq torpaq qiymətləri, Hövsan qəsəbəsində senedli torpaq satışı, heyet evlerinin tikintisi üçün torpaqlar, heyet evi üçün torpaq sahesi, Hövsanda 1 sot torpaq qiymeti, daşınmaz emlak elanları 2019, Suraxanida ev ve torpaq qiymetleri, Bakida serfeli torpaq, serfeli qiymete satilan senedli evler ve torpaqlar, Hovsan qesebesinde torpaq qiymetleri, Bakuda torpaq alqı-satqı qiymetleri,Bakida heyet evi tikmek üçün satiliq torpaq, Zig qesebesinde satiliq torpaq qiymetleri, ev tikmek üçün torpaq, villa tikintisi üçün qiymeti ucuz torpaq, torpaq alqısı ve satqısı, ucuz torpaq elanları, Abşereonda münasib qiymetli torpaqlar, senedli ucuz torpaqlar, Bakıda daşınmaz əmlak alqı satqı elanları …

“Xalqlar Dostluğu” yaxınlığında sərfəli qiymətə mənzil-obyekt satılır…

“Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında, “Sərhədçi” İdman Olimpiya Mərkəzi tərəfdə 9 mərtəbəli binanın 1-ci mərtəbəsində “Kiyev” layihəli, 2 otaqlı, təmirli, 60 kvadrat metr sahəsi olan mənzil satılır. Mənzili 3 otaqlı kimi də düzəltmək mümkündür. Mənzil ticarət obyekti kimi də işlədilə bilər və bunun üçün də çox əlverişlidir…
Mənzilin dövlət reyestrindən çıxarışı, yəni “kupça”sı var…

Mənzilin satış qiyməti 75 Min Manat civarındadır…

Əlaqə telefonu (WhatsApp): 070 517 38 45

Elan kodu: 10

Maklerlər və ya vasitəçi şirkətlər narahat etməsin!…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu mövzuyla ilgili bəzi kəlimələr:
Xətai rayonunda satılan senedli evlerin qiymetleri, metroya yaxın satılıq ev ve obyekt qiymetleri, “Xalqlar Dostluğu” zonasında satılıq menziller, metroya yaxın ucuz evlər obyektlər, “Kiyev” proyektli binalarda ev qiymetleri, Bakida serfeli evler, ucuz satiliq evler, merkezde ucuz bina evleri, Bakida ev alqısı ve satqısı, “Xetai”de temirli ev ve obyekt qiymetleri, Babek prospektinde satılıq evler ve obyektler, ucuz qiymete obyekt satilir, Bakı şəhərində ucuz kupçalı evler, yeni tikilen binalarda satilan menziller, Bakıda satılan ucuz obyektlər, ucuz obyekt satışı, munasib qiymete evler, “Serhedçi” idman kompleksinin yanında satdıq bina evleri,  Ehmedli qesebesinde satiliq bina evleri, Əhmədli qəsəbəsində satılan evlərin və obyektlərin qiymətləri,  Xetai ev alqı satqısı, ucuz kupcalı menziller, metroya yaxın satılan evler, metrolara yaxın evler ve obyektler, novostroykada kupçalı ev, Babək prospesktində satılıq mənzillər, serfeli qiymete satilan senedli evler ve torpaqlar, ucuz satdıq evler, satılıq ev elanları 2019, Bakıda daşınmaz əmlak bazarı, maklerler, ev satış elanları, kreditle evler, Bakuda ipotekaya evler, ucuz menziller, ucuz temirli bina evleri, merkezde satilan ucuz kupcali evler, Bakının mərkəzində satılan “kupça”lı və tam sənədli evlər…

Masazırda ev tikintisi üçün”kupça”lı 6 sot torpaq satılır…

Masazırda, Duzlu gölə yaxın, yol kənarında 6 sot torpaq sahəsi satılır. Torpaq sahəsi ev tikintisi məqsədilə nəzərdə tutulub və dövlət reyestrindən müvafiq çıxarışı, yəni “kupça”sı var.

Torpağın satış qiyməti 1 sot üçün 5 Min AZN, ümumilikdə isə 30 Min Manatdır…

Əlaqə telefonu (WhatsApp): 070 517 38 45

Elan kodu: 09

Maklerlər və ya vasitəçi şirkətlər narahat etməsin!…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu kontentle ilgili bazı kelimeler:

Bakıda satılan torpaqlar, Bakıda ev ve torpaq qiymetleri, Masazırda ucuz torpaq sahesi, Masazirda torpaq qiymetleri, Masazır qəsəbəsində torpaqların alqı-satqısı, Abşeron rayonunda torpaq alqi-satqi qiymetleri,ucuz kupçalı torpaqlar, Masazırda senedli torpaq satışı, heyet evlerinin tikintisi üçün torpaqlar, heyet evi üçün torpaq sahesi, Bakida serfeli torpaq, serfeli qiymete satilan senedli evler ve torpaqlar, ev tikmek üçün torpaq,  Masazir qesebesinde,villa tikintisi üçün qiymeti ucuz torpaq, torpaq alqısı ve satqısı, ucuz torpaq elanları, Abşereonda münasib qiymetli torpaqlar, senedli ucuz torpaqlar, Bakıda daşınmaz əmlak alqı satqı elanları …

Gənclər Şəhərciyində “kupça”lı və təmirli mənzil satılır…

Bakida satilan ucuz yenitikili bina evleri elanlari silsilesinden Bineqedi Gencler Sheherciyinde satiliq menzil elani

Binəqədi Gənclər Şəhərciyində yenitikili binada satılıq “kupça”lı mənzil… Əmlakın digər fotolarına elan mətninin altında baxa bilərsiniz…

Binəqədi Gənclər Şəhərciyində yenitikili 6 mərtəbəli binanın 5-cı mərtəbəsində, 66 kvadrat metr sahəsi olan 2 otaqlı mənzil satılır. Mənzili rahatlıqla 3 otaqlı kimi də düzəltmək mümkündür…

Mənzil təmirlidir, mərkəzi istilik sistemi, şəhər telefonu, internet və s. mövcuddur…

Mənzilin dövlət reyestrindən çıxarışı, yəni, “kupça”sı var.

Mənzilin təcili satış qiyməti 66 Min Manatdır…

Əlaqə telefonu (WhatsApp): 070 517 38 45

Elan kodu: 08

Maklerlər və ya vasitəçi şirkətlər narahat etməsin!…

Bakida satilan ucuz yenitikili bina evleri elanlari silsilesinden Bineqedi Gencler Sheherciyinde satiliq menzil elani

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu mövzuyla ilgili bəzi kəlimələr:
Abşeronda satılan evler ve qiymetleri, metroya yaxın satılıq ev qiymetleri, Bineqedi Gencler Sheherciyinde satılıq menziller, Binəqədi Gənclər Şəhərciyində ucuz evlər, Mehdiabadda yeni tikilen binalarda ev qiymetleri, Bakida serfeli evler, ucuz satiliq evler, merkezde ucuz bina evleri, Bakida ev alqısı ve satqısı, Binəqədi Gənclər Şəhərciyində temirli ev qiymetleri, Bakı şəhərində ucuz kupçalı evler, yeni tikilen binalarda satilan menziller, munasib qiymete evler, Mehdiabad qesebesinde satdıq bina evleri, Abşeron rayonunda satilan evler, Absheron ev alqı satqısı, ucuz kupcalı menziller, metroya yaxın satılan evler, metrolara yaxın evler ve obyektler, novostroykada kupçalı ev, Abşeron rayonunda satılıq evler, ucuz satdıq evler, satılıq ev elanları 2019, Bakıda daşınmaz əmlak bazarı, maklerler, ev satış elanları, kreditle evler, Bakuda ipotekaya evler, ucuz menziller, ucuz temirli bina evleri, merkezde satilan ucuz kupcali evler, Bakının mərkəzində satılan “kupça”lı və tam sənədli evlər…

Əhmədlidə 6 sot torpaqda,“kupça”lı həyət evi satılır…

Baki Xetai rayonu Ehmedli qesebesinde satlılq ev

Əhmədli qəsəbəsində satlılq ev… Əmlakın digər fotolarına elan mətninin altında baxa bilərsiniz…

Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində, “Xəzər” Univermağının yaxınlığında, 6 sot torpaq sahəsində inşa edilmiş əsas tikili sahəsi 320 kv+50 kv əlavə tikilisi olan 2 mərtəbəli, 9 otaqlı təmirli ev satılır. Mərtəbələrin girişi ayrıdır. Ev hətta iki ailənin də çox rahatlıqla yerləşməsi üçün çox əlverişlidir. Bir mərtəbədə yaşayıb, digərini kirayə verməklə də evin yüksək səmərəliyindən faydalanmaq olar…
Evin 1 mərtəbəsində 5 otaq, mətbəx, hamam, tualet var. 2-ci mərtəbədə isə 4 otaq, mətbəx, hamam, tualet mövcuddur.
Hər mərtəbədə kamin, kombi sistemi qurulub. Evin daimi suyu, qazı, işığı var… Həyətdə meyvə ağacları, üzüm çardağı, 3 maşının saxlanılması üçün yer, 3.5 tonluq su çəni var.

Ev çox əlverişli yerdədir, yaxınlıqda orta məktəb, uşaq bağçası və s. təminatlar var…

Evin dövlət reysterindən çıxarışı, yəni, “kupça”sı var.

Mülkün ilkin satış qiyməti 380 Min Manatdır. Qiymətdə razılaşmaq mümkündür…

Əlaqə telefonu (WhatsApp): 070 517 38 45

Elan kodu: 07

Maklerlər və ya vasitəçi şirkətlər narahat etməsin!…

Baki Xetai rayonu Ehmedli qesebesinde satlılq ev

Baki Xetai rayonu Ehmedli qesebesinde satlılq ev

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu mövzuyla ilgili bəzi kəlimələr:
Bakıda, Bakıda ev elanları, Ehmedlide satılıq ucuz villalar, Əhmədlidə satılan torpaq saheleri ve heyet evleri, Bakıda ev qiymetleri 2019, Bakida villa qiymetleri, Bakıda evlerin qiymeti, Bakda evlerin satışı, Xetaide ev elanları, Bakıda ev almaq, Bakıda menzil qiymetleri, ev satanlar, sahibinden ev qiymetleri, ucuz kupçalı evler, serfeli qiymete tam senedli evler, ev alqı satqı elanları, ev və torpaq alqı satqısı, maklerler, daşınmaz emlak qiymetleri, Xetai rayonunda Ehmedlide ev qiymetleri ve alqı satqı elanlari, Ehmedli qesebesinde evlerin ve torpaqların qiymetleri,  satılıq ucuz bağ evleri, evlerin qiymetleri 2019, satdıq heyet evleri, daşınmaz əmlak elanları …

Yeni Günəşli qəsəbəsində 7 sot “kupça”lı torpaq satılır…

Suraxanı rayonu Yeni Guneshli qesebesinde 7 sot kupcali torpaq satilir

Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində, “Altun” şadlıq evinin yaxınlığında, dənizə yaxın 7 sot torpaq sahəsi təcili satılır. Torpaq sahəsi ev tikintisi məqsədilə nəzərdə tutulub və dövlət reysterindən müvafiq çıxarışı yəni “kupça”sı var.
Torpağın ətrafı hasarlanıb, su, qaz, elektrik xəttləri çəklib, kanalizasiya sisteminə qoşulub…

Torpaq sahəsinin təcili satış qiyməti 70 Min Manatdır…

Əlaqə telefonu (WhatsApp): 070 517 38 45

Elan kodu: 06

Maklerlər və ya vasitəçi şirkətlər narahat etməsin!…

 

 

 

 

 

 

 

 

 

 

 

Bu kontentle ilgili bazı kelimeler:

Bakıda satılan torpaqlar, Bakıda ev ve torpaq qiymetleri, ucuz torpaq sahesi, Suraxanıda torpaq,ucuz kupçalı torpaqlar,  senedli torpaq satanlar, Bakida serfeli torpaq, ev tikmek üçün torpaq, Xezer rayonunda torpaq, Suraxanı rayonu Yeni Güneşlide satılıq evler ve torpaqlar, emlak elanları 2019, Yeni Guneshli qesebesinde satılıq torpaq elanlari, villa tikintisi üçün qiymeti ucuz torpaq, torpaq alqısı ve satqısı, ucuz torpaq elanları, münasib qiymetli satdıq torpaqlar, senedli ucuz torpaqlar, Bakıda daşınmaz əmlak alqı satqı elanları …

8-ci Mikrorayonda 3 otaqlı, təmirli, “kupça”lı bina evi satılır…

8-ci Mikrorayonda 3 otaqlı, temirli, “kupça”lı bina evi satılır

Bakının 8-ci Mikrorayon ərazisində, yaxşı yerdə, yenitikili 20 mərtəbəli binanın 16-cı mərtəbəsində, 105 kv sahəsi olan 3 otaqlı, təmirli mənzil satılır. Mənzilin dövlət reysterindən çıxarışı, yəni, “kupça”sı var.

Mənzilin satış qiyməti 149 Min Manatdır…

Əlaqə telefonu (WhatsApp): 070 517 38 45

Elan kodu: 05

Maklerlər və ya vasitəçi şirkətlər narahat etməsin!…

 

 

 

 

 

 

 

 

 

 

 

Bu mövzuyla ilgili bəzi kəlimələr:
Bakı şəhərinin Binəqədi rayonunda satılan evler ve qiymetleri, metroya yaxın satılıq ev qiymetleri, Azadlıq metrosuna yaxın yeni tikilen binalarda ev qiymetleri, Bakida serfeli evler, ucuz satiliq evler, merkezde ucuz bina evleri, Bakida ev alqısı ve satqısı, Bakı şəhərində ucuz kupçalı evler, yeni tikilen binalarda satilan menziller, munasib qiymete evler, Bineqedide satdıq evler, Bineqedi rayonunda satilan evler, Bineqedide ev alqı satqısı, Bineqedide kupcalı menziller, Azadlıq metrosuna yaxın yeni binada ucuz kupçalı ev, metroya yaxın satılan evler, metrolara yaxın evler ve obyektler, novostroykada kupçalı ev, 8-ci  mkr. satiliq ev, ucuz satdıq evler, satılıq ev elanları 2019, Bakıda daşınmaz əmlak bazarı, maklerler, 8-ci mikrorayonda satilian evler, mikrorayonlarda satilan evler, ev satış elanları, kreditle evler, Bakuda ipotekaya evler, ucuz menziller, ucuz temirli bina evleri, merkezde satilan ucuz kupcali evler, Bakının mərkəzində satılan “kupça”lı və tam sənədli evlər…

Bakıda bu ünvanlardakı binalar söküləcək…

Paytaxtın bir neçə rayonunda abadlıq işlərinin aparılması, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, Nazirlər Kabineti tərəfindən 2016-cı ildə qəbul edilmiş 86 saylı qərara əsasən, 2021-ci ilədək paytaxtın 9 rayonunda köhnə binalar sökülərək yeniləri ilə əvəz ediləcək.

AgahMedia.Com informasiya portalının məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Modern.az saytının sorğusuna cavab olaraq bildirilib.

Qərarda bildirilir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən, Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri — yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması həyata keçirilməlidir.

Qərara görə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmalıdır. Və qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etməlidir.

Qeyd edək ki, həmin qərara əsasən ilkin olaraq Bakıdakı 6 rayonda 17 bina söküləcək:

– Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Ağasadıq Gəraybəyli küçəsi, 41

– Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, 53A

– Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 150

– Bakı şəhəri, Səbail ray. 20-ci sahə, A.İsmayılov küçəsi, 51

– Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6

– Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27

– Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Rəsulzadə dalan 3, ev 2

– Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Bünyatov küçəsi, 7A

– Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəsəbəsi, 2 Aprel küçəsi , ev 8A

– Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs. 2 Aprel küçəsi, 18

– Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs. D.Pişəvari küçəsi, 13Q

– Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs. D.Pişəvari küçəsi, 15

– Bakı şəhəri, Suraxanı rayonu, Park küç., 32

– Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə dön.,17 ev 15

– Bakı şəhəri, Suraxanı rayonu, İ. Məmmədov küç. 6

– Bakı şəhəri, Suraxanı rayonu, İ. Məmmədov küç.8

– Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 42

Albalılıq qəsəbəsində 26 sot “kupça”lı torpaq satılır…

Albalılıq (Vishnovka) qesebesinde 26 sot “kupça”lı torpaq satılır

Bakının Xəzər rayonunun Albalılıq (Vişnovka) qəsəbəsində, 26 sot torpaq sahəsi təcili satılır. Torpaq sahəsi ev tikintisi məqsədilə nəzərdə tutulub və dövlət reysterindən müvafiq çıxarışı, yəni “kupça”sı var.

Torpağın ətrafı hasarlanıb, su (artezian), qaz, elektrik xəttləri çəkilib…

Torpaq sahəsinin təcili satış qiyməti 92 Min Manatdır…

Əlaqə telefonu (WhatsApp): 070 517 38 45

Elan kodu: 04

Maklerlər və ya vasitəçi şirkətlər narahat etməsin!…

 

 

 

 

 

 

 

 

 

 

 

Bu kontentle ilgili bazı kelimeler:

Bakıda satılan torpaqlar, Bakıda ev ve torpaq qiymetleri, Albalılıqda ucuz torpaq sahesi, Buzovnada torpaq, Maştağada torpaq, Bilgehde torpaq,ucuz kupçalı torpaqlar, Vishnovkada torpaq, Bakida serfeli torpaq, ev tikmek üçün torpaq, Xezer rayonunda torpaq, Albalılıq qesebesinde,villa tikintisi üçün qiymeti ucuz torpaq, torpaq alqısı ve satqısı, ucuz torpaq elanları, Abşereonda münasib qiymetli torpaqlar, senedli ucuz torpaqlar, Bakıda daşınmaz əmlak alqı satqı elanları …

Novxanıda “kupça”lı ev çox sərfəli qiymətə satılır…

Novxanıda satlılq ev… Əmlakın digər fotolarına elan mətninin altında baxa bilərsiniz…

Novxanıda 7 sot həyətyanı sahədə inşa edilmiş ev bazar dəyərindən aşağı qiymətlə alıcılara təklif edilir. 240 kvadrat metr tikili sahəsi olan mülkün 6 geniş, hündür və işıqlı yataq otağı, 1 geniş zalı, 3 sanitar qovşağı, 2 hol, koridor və geniş mətbəxi var…

Rahatlıqla villa deyə biləcəyimiz bu ev 4 ildir tikilib və demək olar ki, istifadə edilməyib…

Mövcud 7 sot ərazidən başqa razılaşma ilə əlavə 3 sot torpaq da artırıla bilər…
Alıcının istəyi ilə evdə bəzi kosmetik işlərin görülməsi və ya qiymətdə müəyyən güzəşt mümkündür…

Evin dövlət reysterindən çıxarışı, yəni “kupça”sı var.

Villanın təcili satış qiyməti 95 Min Manatdır…

Əlaqə telefonu (WhatsApp): 070 517 38 45

Elan kodu: 03

Maklerlər və ya vasitəçi şirkətlər narahat etməsin!…

Bakida_satilan_ucuz_heyet_evleri_Novxanida_satiliq_ev_Elan_kodu_03

Bakida_satilan_ucuz_heyet_evleri_Novxanida_satiliq_ev_Elan_kodu_03

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu mövzuyla ilgili bəzi kəlimələr:
Bakıda, Bakıda ev elanları, Novxanıda satılıq ucuz villa, Novxanida satılan torpaq saheleri ve heyet evleri, Bakıda ev qiymetleri 2019, Bakıda evlerin qiymeti, Bakda evlerin satışı, Bakıda ev almaq, Bakıda menzil qiymetleri,serfeli qiymete satilan senedli evler ve torpaqlar, ucuz kupçalı evler, serfeli qiymete tam senedli evler, ev alqı satqı elanları, ev və torpaq alqı satqısı, Novxanı, maklerler, daşınmaz emlak qiymetleri, Abşeronda satılıq ucuz bağ evleri,evlerin qiymetleri 2019, Novxanı kendinde satılan heyet evleri, daşınmaz əmlak elanları …

Əcəmi metrosuna yaxın, təmirli və “kupça”lı mənzil satılır…

Ecemide ucuz qiymete menzil satilir

Bakıda, Memar Əcəmi metrosuna (4-cü mikrorayon) yaxın məsafədə, Bialoji Təbabət Klinikasının yaxınlığında 5 mərtəbəli binanın 2-ci mərtəbəsində, Fransız layihəli, 2 otaqlı, təmirli, 40 kvadrat metr sahəsi olan mənzil satılır.
Mənzildə kombi sistemi qurulub, mətbəx, hamam, tualet isti döşəmə ilə təhciz edilib.
Yaxınlıqda orta məktəb, çeşidli mağazalar və s. mövcuddur.  Qaz, işıq, su daimidir…
Mənzilin dövlət reysterindən çıxarışı, yəni, “kupça”sı var.

Mənzilin satış qiyməti 77 Min Manatdır…

Əlaqə telefonu (WhatsApp): 070 517 38 45

Elan kodu: 02

Maklerlər və ya vasitəçi şirkətlər narahat etməsin!…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu mövzuyla ilgili bəzi kəlimələr:
Bakıda Memar Ecemide satılan evler, Memar Ecemide satılıq ev qiymetleri, Ecemi metrosuna yaxın yeni tikilen binalarda ev qiymetleri, Nəsimi rayonunda ev qiymetleri, Nesimide satdıq evler, Nesimi rayonunda ev alqı satqısı, Bakida serfeli evler, ucuz satiliq evler, merkezde ucuz bina evleri, Bakida ev alqısı ve satqısı, Bakı şəhərində ucuz kupçalı evler, yeni tikilen binalarda satilan menziller, metrolara yaxın satdıq evler, Nesimi rayonunda yenitikililer ve köhnetikililerde menzillerin qiymetleri, 4-cü mkr. satdıq ev elanları, metroya yaxın evler ve obyektler, munasib qiymete evler, Ecemide yeni binada ucuz kupçalı ev, novostroykada kupçalı ev, Bakıda daşınmaz əmlak bazarı, Ecemide maklerler, 4-cü mikrorayonda satilian evler, satılıq ev elanları 2019, mikrorayonlarda satilan evler, ev satış elanları, kreditle evler, Bakuda ipotekaya evler, ucuz menziller, ucuz temirli bina evleri, merkezde satilan ucuz kupcali evler, Bakının mərkəzində satılan “kupça”lı və tam sənədli evlər…

Mərdəkanda çox sərfəli qiymətə “kupça”lı torpaq satılır…

Merdekanda ucuz torpaq sahesi satilir

Bakının Xəzər rayonunun, Mərdəkan qəsəbəsində, yeni asfaltlanmış yolun kənarında 14 sot torpaq sahəsi satılır. Torpaq sahəsi ev tikintisi məqsədilə nəzərdə tutulub və dövlət reysterindən müvafiq çıxarışı yəni “kupça”sı var. Torpağın ətrafı hasarlanıb.

Torpağın satış qiyməti 1 sot üçün 9500 AZN, ümumilikdə isə 133 Min Manatdır…

Ümumi satış zamanı qiymətdə müəyyən endirimlə də razılaşmaq mümkündür… Qeyd edək ki, mövcud bazar qiymətləri ilə müqayisədə bu, çox sərfəli bir təklifdir…

Halhazırda həmin ərazıdə toprağın bazar qiymətlərinin 1 sot üçün 12 -15 min manat civarında dəyişdiyi bildirilir…

Əlaqə telefonu (WhatsApp): 070 517 38 45

Elan kodu: 01

Maklerlər və ya vasitəçi şirkətlər narahat etməsin!…

 

 

 

 

 

 

 

 

Bu kontentle ilgili bazı kelimeler:

Bakıda satılan torpaqlar, Bakıda ev ve torpaq qiymetleri, Merdekanda ucuz torpaq sahesi, ucuz kupçalı torpaqlar, Bakida serfeli torpaq, ev tikmek üçün torpaq, villa tikintisi üçün qiymeti ucuz torpaq, torpaq alqısı ve satqısı, Xezer rayonunda satılan torpaq saheleri, Abşereonda münasib qiymetli torpaqlar, senedli ucuz torpaqlar, Bakıda daşınmaz əmlak alqı satqı elanları …

Qəndə kimyəvi ağardıcı maddə qatanlar ifşa edildi…

AgahMedia.Com informasiya portalının Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidən (AQTA) aldığı məlumata görə, bir sıra qənnadı məmulatlarının istehsalı müəssisələrində “kəllə qənd” istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə edildiyi barədə daxil olmuş məlumatlar əsasında İran İslam Respublikasının vətəndaşı Tayef Davoud Müseyib oğluna məxsus, Bakının Binəqədi rayonunda Ə.Rəcəbli küçəsi 53 ünvanında yerləşən anbara baxış keçirilərkən tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən 79 kiloqram toz halında ağardıcı kimyəvi maddə aşkar olunub. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin maddə D.Tayef tərəfindən uzun müddət ərzində İrandan ölkəmizə gətirilərək müxtəlif qənd istehsalı sexlərinə satılmaqdadır.

Həyata keçirilən monitorinqlər zamanı müəyyən edilib ki, bir sıra qənd istehsalı sexlərində istifadə olunan maddənin xarici görünüşü tozşəkilli, kəskin, spesifik iyli, tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən və insan orqanizmi üçün təhlükəli olan natrium ditionit (Na2S2O4) maddəsidir. Həmin maddənin əsasən tekstil sənayesində və kağız istehsalı müəssisələrində ağardıcı kimi istifadə olunduğu müəyyənləşdirilib.

Əldə olunmuş məlumatlar əsasında AQTA-nın Bakı və Sumqayıt regional bölmələrinin, eləcə də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları müvafiq məhkəmə qərarları əsasında müxtəlif ünvanlarda birgə baxışlar keçiriblər.

Baxış zamanı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 7, Badamdar küçəsi 21 saylı ünvanlarda fiziki şəxs Nadirov Teyyub Yaqub oğluna məxsus qənd istehsalı müəssisəsində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyadov 11 saylı ünvanda fiziki şəxs İsmayılova Tərlan İsmayıl qızına məxsus qənd istehsalı müəssisəsində, Abşeron rayonu, Xırdalan-Masazır şossesinin şimal hissəsində yerləşən “Aysu Qida Sənaye LTD” MMC-yə məxsus qənd istehsalı müəssisəsində və Sumqayıt şəhərinin Sülh küçəsində fiziki şəxs Əlizadə Maqsud Əli oğluna məxsus qənd istehsalı müəssisəsində natrium ditionit aşkar edilərək maddi sübut kimi götürülüb.

Eyni zamanda, həmin müəssisələrdə istehsal olunan məhsullardan sınaq nümunələri götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks müayinələr laboratoriyasına təqdim edilib. Sınaq nəticələrinə əsasən götürülmüş nümunələrin tərkibində insan orqanizmi üçün təhlükəli olan natrium ditionit aşkarlanıb və kükürd dioksidin (SO2) kütlə payının qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilib.

Bütün bunlarla bağlı Agentliyin müvafiq qərarı ilə fiziki şəxs Nadirov Teyyub Yaqub oğlu tərəfindən istehsal olunmuş və tərkibində natrium ditionit aşkar edilmiş 18 ton 299 kiloqram “Qədim dad” və “Bizim aşçı”, fiziki şəxs İsmayılova Tərlan İsmayıl qızı tərəfindən istehsal olunmuş 17 ton 116 kiloqram “Qidam” əmtəə nişanlı, “Aysu Qida Sənaye LTD” MMC tərəfindən istehsal olunmuş 2 ton 215 kiloqram “Kristal” və “Əmin” əmtəə nişanlı və fiziki şəxs Əlizadə Maqsud Əli oğlu tərəfindən istehsal edilmiş 3 ton 247 kiloqram “İran”, “Sevimli” və “Mədinə” əmtəə nişanlı qənd partiyalarının satış üçün dövriyyəyə çıxarılmasının qarşısı alınıb.

Qeyd olunan qanun pozuntuları ilə bağlı təqsirkar şəxslər barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanıb.
Bundan başqa, Agentliyin əməkdaşları tərəfindən digər qənd istehsalı müəssisələrində də yoxlamalar aparılmaqla inzibati və məhdudlaşdırıcı tədbirlər görülüb. Bu sahədə bir sıra sağlamlaşdırıcı işlər həyata keçirilərək müəssisələrin fəaliyyətləri ciddi nəzarətə götürülüb.

AQTA və Baş Prokurorluq bir daha bəyan edir ki, qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində bundan sonra da ən sərt tədbirlər görüləcək.

Bakıda növbəti Beynəlxalq İnşaat Sərgisi keçiriləcək…

22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 25-ci dəfə Azərbaycanın ən irimiqyaslı sərgilərindən biri – Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” Sərgisi keçiriləcək.

AgahMedia.Com informasiya portalının sərginin təşkilatçısı olan “Caspian Event Organisers” şirkətindən aldığı məlumata görə, 1995-ci ildə təsis edilmiş bu sərgi 25 illik uğurlu fəaliyyəti ərzində dünyanın 35-dən artıq ölkəsini təmsil edən 5000-dən çox şirkəti bir araya gətirib. Bu müddət ərzində sərgi bütün Xəzəryanı regionun inşaat bazarı üçün etibarlı işgüzar platforma kimi özünü sübut edib. Sərgidə işgüzar əlaqələr qurulur, inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqlar nümayiş etdirilir. “BakuBuild” sərgisi fəaliyyət göstərdiyi illər ərzində ölkə bazarında yeni texnologiyaların tətbiqinə və yerli istehsalı inkişaf etdirən və təkmilləşdirən investisiyaların cəlb olunmasına şərait yaradıb. Bir çox şirkət uzun illərdir ki, sərgidə iştirak edərək öz tarixini sərginin tarixi ilə bölüşür.

“BakuBuild” sərgisi öz yubileyində Avropa, Asiya və MDB ölkələrini təmsil edən 200-dən çox şirkəti bir araya gətirməklə, iştirakçıların beynəlxalq əlaqələrini daha da gücləndirmək niyyətindədir. Sərgidə Almaniya, BƏƏ, İran, İtaliya və digər ölkələrin milli qrupları iştirak edir.
Türkiyə ilk dəfə olaraq sərgidəmilli qrupla çıxış edəcək.
Rusiya isə öz regional stendləri (Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk, Tümen, Vladimir vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya, Şimali Osetiya-Alaniya) ilə sərgidə debüt edəcək.
İştirakçılar arasında “Assa Abloy”, “AZROS-PL”, “JAF”, “Caspian Electric”, “Faxreddin-K”, “Nabucco”, “NB Group”, “Pimapen”, “Kronospan”, “Taleh-I”, “Universal Makina”, “Akkord Cement” (Qazax sement zavodu), “Texnonikol” və s. şirkətlər yer alır. Sərginin daimi iştirakçısı – “NB Group” şirkəti qeydiyyat sponsoru qismində çıxış edir.

“BakuBuild 2019” sərgisində inşaat materialları, dam örtükləri və izolyasiya, eləcə də interyer, bəzək materialları, dizayn, boya, lak və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasad, qapı-pəncərə, işıq və elektrotexniki məhsullar, inşaat avadanlıqları və texnologiyaları kimi sektorlar ilə tanış olmaq mümkün olacaq.

İştirakçılar sərginin peşəkar ziyarətçilərinə inşaat sənayesinin ən son yenilik və nailiyyətlərini əyani şəkildə nümayiş etdirəcək, sərginin qonaqları isə təqdim edilən məhsulları birbaşa sərgidə sınaqdan keçirə biləcəklər.
Beləliklə, “BakuBuild” sərgisi yeni loqotip və böyük tarixi ilə müasir biznesin inkişaf təmayülləri ilə ayaqlaşaraq, qısa vaxt ərzində hədəf auditoriya ilə üzbəüz görüşlər keçirməyə və yerində və dərhal biznes qurmağa imkan yaradır.

Sərgi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

Növbəti 570 güzəştli mənzilin seçimi reallaşdı…

AgahMedia.Com informasiya portalının Mənzil İnşaatı Dövlət Agentliyindən aldığı məlumata görə, agentliyin Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə 16.10.2019-cu il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 570 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilmişdir.
“Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 12724 nəfərdir.

Satış zamanı 570 mənzilin seçimində iştirak edənlərin sayı 3807 nəfər olmuşdur.
Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin və “Ernst & Young” şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında olub.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 18 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcəkdir.

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır.

Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək.
Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcəkdir.

Sonraki sayfa »