Bakıda kiberidman üzrə dünya çempionatı keçiriləcək

AgahMedia.Com informasiya portalının Mincom.gov.az resursuna istinadən məlumatına görə, Azərbaycanda kiberidman artıq peşəkar səviyyəyə yüksəlib. Bunu avqustun 9-10-da “Park İnn” otelində keçirilən Kompüter Oyunları üzrə IX Milli Çempionatın final mərhələsi bir daha təsdiq etdi. Kompüter Oyunları üzrə Milli Assosiasiyadan bildirilib ki, sözügedən yarışlar Azərbaycan Kiberidman Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə təşkil olunub. …