Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » Bakcell şirkəti 4G şəbəkəsini istifadəyə verdi

Bakcell şirkəti 4G şəbəkəsini istifadəyə verdi

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Bakcell_LogoAzərbaycanın mobil operatoru Bakcell şirkəti LTE 4G şəbəkəsinin kommersiya istismarına buraxıldığını bəyan edib. AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, bu barədə şirkətin rəhbəri Riçard Şirer 4G şəbəkəsinin işə salınmasına həsr olunan mətbuat konfransında bildirib. Bakcell həmçinin şəbəkə istifadəçiləri üçün 3 yeni paket təqdim edib.
Mətbuat konfransında qeyd edilib ki, smartfon istifadəçiləri üçün 3 qiqabayt trafikli paketin qiyməti 10 manat təşkil edir: “Portativ kompyuterlər üçün 45 qiqabaytlıq paket 60 manat təşkil edəcək. Bu paketin istifadəçilərinə həmçinin pulsuz 4G modem təklif ediləcək. Planşet kompyuter istifadəçiləri üçün isə pulsuz 4G nömrəsi ilə 10 qiqabayt paket 15 manat dəyərində təklif ediləcək”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*