Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » BMT qlobal elektron ticarət reytinqini açıqladı

BMT qlobal elektron ticarət reytinqini açıqladı

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_BMT_Logo

AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) müxtəlif ölkələrdə elektron ticarətin inkişafı üçün şəraiti qiymətləndirib. Reytinqdə 130 ölkə yer alıb. İndeks hesablamasında internetdən istifadə göstəriciləri, təhlükəsizlik səviyyəsi, kredit kartlarının yayılması və poçt xidmətlərinin keyfiyyəti nəzərə alınıb.

Reytinqə kiçik Avropa ölkələri – Lüksemburq, Norveç və Finlandiya liderlik edir. Bu dövlətlərdə infrastruktur, biznes nümayəndələri və alıcılar internet ticarətinin inkişafına digər ölkələrlə müqayisədə daha çox töhfə verir.

İnkişaf etməkdə olan ölkələr arasında lider Cənubi Koreya, Honkonq və Sinqapurdur. Bununla belə, faktiki olaraq əhalisi çox olan ölkələr, məsələn, Braziliya, Çin və Rusiya elektron ticarət üçün daha böyük bazarlar hesab edilir.

“Payspacemagazine” resursu bildirir ki, ekspertlərin proqnozlarına görə, iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr tədricən dünya elektron ticarət bazarında payını artıracaq. Artıq 2018-ci ilədək internet ticarətinin 40 faizi inkişaf etmiş ölkələrdən kənarda aparılacaq. Məruzə müəllifləri bunu qeyd olunan dövlətlərin texniki təchizatının yaxşılaşdırılması – mobil telefon və internetin yayılması, eləcə də şəbəkədə alış-verişi sadələşdirən müxtəlif elektron ödəniş sistemlərinin yaradılması ilə əlaqələndirirlər.

Bundan əlavə, sonrakı bir neçə il ərzində elektron kommersiyanın Asiya-Sakit okean regionuna keçməsi tendensiyası qorunub saxlanacaq.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*