“Youtube” Azərbaycanda bazar payını artırır
|
AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, “Global Stats” statistik mərkəzinin hesablamalarına əsasən, son bir ayda Azərbaycanda “Youtube” sosial şəbəkəsinin istifadəçilərinin sayı kəskin artsa da, “Facebook” və “Twitter” sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.
Ölkəmizdə “Youtube” sosial şəbəkəsinin payı 90 faizədək artaraq sosial media bazarının 28,52 faizini təşkil edib.
İstifadəçi marağına görə ikinci yeri 64,77 faiz bazar payı ilə “Facebook” sosial şəbəkəsi tutub.
Üçüncü yerdə 2,31 faiz bazar payı ilə “Odnoklassniki” sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur.
“Twitter” şəbəkəsinin Azərbaycanda bazar payı 1,58 faiz təşkil edib.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒