Türkiyə vətəndaşlarının ən çox səyahət etdikləri beş ölkədən biri də Azərbaycandır
|
Türkiyə Statistika Təşkilatının məlumatına görə, Azərbaycan qardaş ölkə vətəndaşlarının xaricə səyahətlərində ən çox seçdikləri beş ölkə arasındadır. AgahMedia.Com informasiya portalının “AzərTAc”a istinadən məlumatına görə, Türkiyə vətəndaşlarının xarici ölkə səyahətlərində ən çox seçdikləri ölkələr Gürcüstan, Bolqarıstan, Yunanıstan, Azərbaycan və Almaniya olmuşdur. Turistlər həmin ölkələrdə orta rəqəmlə 13 gün qalmışlar. Xaricə ölkələrə səyahətə gedənlərin 43 faizi hava yolu, 50 faizi avtomobil yolu, 7 faizi isə dəniz və dəmiryolundan istifadə etmişlər.
Qardaş Türkiyənin vətəndaşları həmin ölkələrə ən çox gəzmək, idman və mədəniyyətlə bağlı tədbirlərdə iştirak etmək məqsədilə səyahət etmişlər. Səyahətə gedənlərin mühüm bir hissəsi səyahətlərini fərdi şəkildə, az hissəsi isə tur-paket vasitəsilə həyata keçirmişlər.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒