Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Yerli şirkətlərin tanıtım sərgisi başladı…

Yerli şirkətlərin tanıtım sərgisi başladı…

İyunun 24-də Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “5-ci yerli şirkətlərin tanıtım sərgisi”nə start verilib.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq, satış imkanlarını genişləndirmək və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
AgahMedia.Com informasiya portalının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) aldığı məlumata görə, builki sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri, o cümlədən bir sıra yeni brendlər nümayiş olunur. İyunun 26-dək davam edəcək sərgi həmçinin iş adamları, sahibkarlar və təchizatçı şirkətlər arasında yeni əməkdaşlıqların qurulmasına imkan verəcək.
Qeyd edək ki, “Yerli şirkətlərin tanıtım sərgisi” 2019-cu ildən etibarən keçirilir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*