Gömrük orqanlarında işə qəbul olunmaq istəyənlərin nəzərinə
|
AgahMedia.Com informasiya portalının Dövlət İmtahan Mərkəzindən aldığı məlumata görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin gömrük orqanlarına xidmətə qəbul üzrə müsabiqəsinin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlər 30 may saat 10:00-dək Dövlət İmtahan Mərkəzinin internet saytında “Gömrük orqanlarına xidmətə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmək üçün qeydiyyat” elektron xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Burada namizədlər ilk növbədə “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Daha sonra imtahanda iştirak etmək üçün ödəniş edilir. Ödənişin məbləği 82.60 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra “Qeydiyyat” pəncərəsi vasitəsilə imtahana yazılmaq mümkündür.
Qeydiyyatdan keçən, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
Test imtahanı 2024-cü il iyun ayının 9-da saat 10:00-da kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Namizədlər imtahana 3 – 4 gün qalmış “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.
Qeyd olunanan müsabiqə haqqında ətraflı məlumat linki https://exidmet.dim.gov.az/elimt/docs/GomrukTest/gomrukelan.pdf
İş elanları 2024, Dövlət qulluqçularının işə qəbulu haqqında, Dövlət İmtahan Mərkəzi haqqında xəbərlər, Dövlət qurumlarında vakant iş yerləri haqqında rəsmi elanlar, Dövlət orqanlarında vakansiyalar, Gömrük Komitesinde işe qebul qaydalari, Dövlət qulluğu üzrə vakansiyalar, Dövlət qurumlarında iş yerləri, Müsabiqələr, işə qəbul müsahibəsi, nazirliklərdə iş elanları, Nazirlikdə vakant iş yerlərinə qəbul, Vakansiyalar, işə qəbul ərizəsi, işə qəbul olmaq üçün lazım olan sənədlər, Vakant iş yerləri, ishe qebul elanlari, CV qebulu, dövlət qulluğu vəzifələrinə işə qəbul qaydaları, dovlet işi, iw elanlari, dövlet qulluğu haqqında, dovlet iwi, yeni ish elanlari…
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒