Yüzlərlə vakant yer üçün müsahibə elanı verildi…
|
|
AgahMedia.Com informasiya portalının Dövlət İmtahan Mərkəzindən aldığı məlumata görə, dövlət orqanlarında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 398 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elanı verilib.
Ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (17 vəzifə) tərəfindən təqdim olunub.
Eyni zamanda, ümumi müsahibə elan edilən vəzifələrdən 148-i 44 yerli icra hakimiyyəti orqanı tərəfindən, 30-u 16 məhkəmə hakimiyyəti orqanı tərəfindən, 119-u Naxçıvan Muxtar Respublikasının 21 dövlət orqanı tərəfindən təqdim edilib.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 15 iyul 2026-cı il tarixindən 13 avqust 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması” nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Ətraflı məlumat linki… https://dim.gov.az/az/metbuat/xeberler/dovlet-orqanlarinda-vakant-inzibati-vezifelerin-tutulmasi-ucun-umumi-musahibe-elan-edilir-10
Bu kontentin portalımızda yayınladığı tarix : 25/07/2026Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒