Türkiyədə daşınmaz əmlak alan azərbaycanlıların sayında ciddi artım qeydə alınıb…

AgahMedia.Com informasiya portalının “Report” agentliyinə istinadən məlumatına görə,Türkiyə Statistika Qurumundan (TÜİK) bildirilib ki, bu ilin aprel ayında Azərbaycan vətəndaşları Türkiyədə 131 mənzil alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 96 mənzil və ya 3,7 dəfə çoxdur. Ümumilikdə isə yanvar-aprel aylarında 382 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2020-ci ilin 4 ayı ilə …

Azərbaycanlılar Türkiyədə daşınmaz əmlakların alışına ciddi maraq göstərir…

Türkiyənin Statistika İdarəsindən bildirilib ki, bu ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 154 mənzil alıb. AgahMedia.Com informasiya portalının Report.Az saytına istinadən məlumatına görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 66 mənzil və yaxud 75% çoxdur. Yanvar-avqust aylarında isə Azərbaycan vətəndaşları Türkiyədə 700 mənzilə sahib olub. Bu da illik müqayisədə 11 ədəd və yaxud 1,5% …

Türkiyəyə getmək istəyənlərin nəzərinə… (Video)

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, yaxın günlərdə Azərbaycandan Türkiyənin müxtəlif istirahət zonalarına aviareyslərin bərpa ediləcəyi planlaşdırılır…

Türkiyədə daşınmaz əmlak alan azərbaycanlıların sayında növbəti artım…

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 954 daşınmaz əmlak əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 obyekt daha çoxdur. AgahMedia.Com informasiya portalının “Trend” agentliyinə istinadən məlumatına görə, statistikaya əsasən, Azərbaycan vətəndaşları oktyabr ayında Türkiyədə 125 daşınmaz əmlak əldə edib.

Azərbaycanlılar Türkiyənin daşınmaz əmlak bazarına ciddi maraq göstərirlər…

2019-cu ilin fevral ayında azərbaycanlılar Türkiyədə 105 mənzil alıblar. 2018-ci ilin Fevral ayında azərbaycanlılar Türkiyədə 63 mənzil almışdılar. AgahMedia.Com informasiya portalının Marja.Az saytına istinadən məlumatına görə, Türkiyənin Statistika İdarəsindən bildirilib ki, 2019-cu ilin yanvar-fevral dövründə azərbaycanlılar Türkiyədə 200 mənzil alıblar. 2018-ci ilin eyni dövründə bu say 128 idi. 2018-ci ildə azərbaycanlılar Türkiyədə 1250 mənzil alıblar. …

2019-cu ildən Bakı-Tbilisi-Qars marşrutu sərnişinlərin ixtiyarına veriləcək…

AgahMedia.Com informasiya portalının “Azərbaycan Dəmir Yolları” QSC-dən aldığı məlumata görə, 2019-cu ildən Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır. Bu məqsədlə gələn ilin birinci rübündə İsveçrənin “STADLER Rail Group” şirkəti tərəfindən istehsal olunmuş yeni yataq tipli vaqonlar Azərbaycana gətiriləcək. Sözü gedən vaqonlar ən son texnologiya əsasında istehsal edilir. Hazırda Almaniyanın Donauvörth və Treuchtlingen dəmir yolu …

Bu il min nəfərə yaxın Azərbaycan vətəndaşı Türkiyədə ev alıb…

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın 940 vətəndaşı Türkiyədə əmlaka sahib olub. AgahMedia.Com informasiya portalının Report.Az resursuna istinadən məlumatına görə, Türkiyənin Statistika İdarəsindən bildirilib ki, bu, ötən ilin 10 ayı ilə müqayisədə 151 mənzil və ya 19,14% çoxdur. Bu ilin oktyabr ayında isə Azərbaycanın 117 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, ötən ilin oktyabr ayı ilə müqayisədə …

Türkiyədə ev alan azərbaycanlıların sayında ciddi artım qeydə alınıb…

Azərbaycan vətəndaşları 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Türkiyədə 763 ev alıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 252 ev və ya 49% çoxdur. AgahMedia.Com informasiya portalının Report.Az resursuna istinadən məlumatına görə, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb. Hesabata əsasən, sentyabrda ev alışında əvvəlki ayla müqayisədə 87,5% çox ev alınıb. Belə ki, Azərbaycan …

Türkiyədə daşınmaz əmlak alan azərbaycanlıların sayı artır…

Bu ilin iyun ayında Türkiyədə ev alan xarici vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq, 2 060 nəfər olub. AgahMedia.Com informasiya portalının “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə istinadən məlumatına görə, Türkiyənin Statistika İdarəsindən açıqlanlıb ki, xaricilər daha çox İstanbuldan ev (764 ev) alıblar. İkinci sırada 525 ev satışı ilə Antalya yer …

Azərbaycanlılar Türkiyədə evlərin alışına ciddi maraq göstərir…

Azərbaycan vətəndaşları 2018-ci ilin yanvar-fevral ayları ərzində Türkiyədə 128 ev alıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 ev və ya 17,4% çoxdur. AgahMedia.Com informasiya portalının Fins.Az resursuna istinadən məlumatına görə, bu, Türkiyə Statistika İdarəsinin illik hesabatında əksini tapıb. Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə ev alışının 65-i yanvar, 63-ü isə fevral ayında həyata keçirilib. …

Türkiyədə bahalı evlər alan azərbaycanlıların sayı artır…

AgahMedia.Com informasiya portalının Fins.az resursuna istinadən məlumatına görə, Türkiyənin “Elit Group” inşaat, əmlak və investisiya şirkətinin nümayəndəsi Yulia Barsan bildirib ki, şirkətin əsas premium müştərilərinin bir hissəsi varlı Azərbaycan vətəndaşlarıdır. O bildirib ki, hazırda şirkətin Alanya bölgəsində tikdiyi layihələrdə evlərin qiyməti 50 min avrodan başlayır. Azərbaycanlı müştərilər əsasən 500 min -1 milyon avro dəyərində evləri, …

Azərbaycanın Türkiyəyə investisiyaları 3 dəfə artıb

2015-ci ilin yanvar-mart aylarında Türkiyəyə birbaşa Azərbaycan investisiyalarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artaraq 277 milyon dollar təşkil edib. Müqayisə üçün: 2014-cü ilin yanvar-mart aylarında bu göstərici 88 milyon dollar təşkil edib. AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyə Mərkəzi Bankının cari ilin birinci rübünün yekunu üzrə …

“Ziraat Bank Azərbaycan”a lisenziya verildi

Məlum olduğu kimi, bir müddət əvvəl Türkiyənin Ziraat Bankası Azərbaycan Respublikasında törəmə bankın təsis edilməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdi. AgahMedia.Com informasiya portalının Mərkəzi Bankdan aldığı məlumata görə, Ziraat Bankasının müraciətinə Azərbaycan Respublikası Mərkəzi Bankında qanunvericiliyə müvafiq olaraq baxılmış və bank lisenziyası üçün zəruri olan tələblərin icra olunduğu müəyyən edilərək müraciət müsbət …

Azərbaycanlı aktrisa Türkiyənin “Ən yaxşı qadın oyunçu”su seçildi

Əslən Azərbaycandan olan aktrisa Nəsrin Cavadzadəyə 2014-cü ilin “Ən yaxşı qadın oyunçu” nominasiyasında Türkiyə film sektorunun ali mükafatı olan “Altın portağal” təqdim olunub. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Nəsrin Cavadzadəyə “Altın portağal” mükafatı rejissor Kutluğ Atamanın “Quzu” filmindəki roluna görə verilib. Film 5 nominasiya üzrə 2014-cü ilin ən yaxşı filmi seçilib. Bu, Nəsrin …

Azərbaycan Türkiyəyə 20 milyard dollar investisiya yatırmağa hazırlaşır

AgahMedia.Com informasiya portalının məlumatına görə, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bildirib ki, növbəti 8 il ərzində Azərbaycan Türkiyəyə təxminən 20 milyard dollarlıq investisiya yatıracaq. Bu investisiyaların böyük hissəsinin İzmir bölgəsində cəmləşəcəyini deyən səfir vurğulayıb ki, bu sərmayələri qeyri-neft sektoru ilə daha da artırmalıyıq və kənd təsərrüfatı, kimya, emal, turizm, alternativ enerji, nəqliyyat, logistika, informasiya texnologiyaları …

“Qalatasaray” Azərbaycandan maliyələşəcək…

Türkiyənin məşhur “Qalatasaray” klubunun yeni sponsoru məlum olub. AgahMedia.Com informasiya portalının “ANSPress”ə istinadən məlumatına görə, “Türk Telekom” ilə yollarını ayıran klubun bu dəfə Azərbaycanda fəaliyyət göstərən “Amrahbank”la razılaşdığı iddia olunur. Kluba yaxın mənbələrin Türkiyə mətbuatına bildirdiyinə görə, “Qalatasaray” yeni mövsümdə formasının üzərində “Amrahbank”ın loqosu ilə çıxacaq. Qeyd edək ki, “Qalatasaray” rəhbərliyi formanın üzərindəki reklama görə, …

Bakıda “Etohum”un növbəti toplantısı keçiriləcək

AgahMedia.Com informasiya portalının “ICTnews” elektron xəbər xidmətinə istinadən məlumatına görə, Türkiyə Respublikasında ən böyük startup tədbirlərinin təşkilatçıları və Səhmdar klubu olan “Etohum”un nümayəndələri yenidən Azərbaycana gəlir. “Etohum”un ötən ildə olduğu kimi, cari ildə də Bakıda növbəti toplantısının keçirəcəyi açıqlanıb. Sözügedən tədbir mayın 31-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkında keçiriləcək. Burada internet …