“Facebook”un gəlirləri açıqlandı
|
Sosial şəbəkə nəhəngi “Facebook”un 2013-cü ildəki gəliri açıqlanıb. Sosial şəbəkə 1 il ərzində təkcə reklamdan 2 milyard 340 milyon dollar gəlir əldə edib. Bu da 2012-ci illə müqayisədə 76 faiz çoxdur.
AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, “Facebook”dan verilən açıqlamada ay ərzində tablet, ağıllı telefon istifadəçilərinin 945 milyona çatdığı və şəbəkənin ümumi gəlirinin 53 faizinin mobil reklamların təşkil etdiyi bildirilib.
Qeyd edək ki, 2013-cü ilin sonunda 1 milyard 230 milyon aylıq istifadəçiyə malik olan “Facebook”a gün ərzində təxminən 757 milyon şəxs daxil olur.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒