Home » Bölgələr, Maraqlı, Sosial, Ümumi » Dünyanın ən nəhəng paxlavası Sumqayıtda hazırlandı

Dünyanın ən nəhəng paxlavası Sumqayıtda hazırlandı

Azərbaycanın hər bir yerində xüsusi bayram hazırlıqları həyata keçirilir. Novruz bayramı münasibətilə sumqayıtlıların hazırladıqları paxlava həm ölçüsünə görə, həm də çəkisinə görə dünyanın ən nəhəng paxlavası hesab olunub. Hazırlanmış paxlavanın uzunluğu 21, eni isə 5 metrdir. Novruz xonçasının ən dadlı təamlarında olan paxlavanın hazırlanmasında 1 ton şəkər tozu, 1 ton un, 900 kq qoz, 900 litr yağ və müxtəlif ədvalar istifadə olunub. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, paxlava Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun iştirakı ilə kəsilib. Paxlava şəhər sakinlərinə, eləcə də, mərasimdə iştirak edən qonaqlara paylanılıb. Ən böyük samavar da bu mərasimdə təqdim olunub. 3 metr hündürlüyü olan samovar 700 litr su tutur. Bayram münasibəti ilə hazırlanan paxlava, eləcə də samavar çayı şəhər sakinlərinin ürəyincə olub.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*