Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » Dövlət Sosial Müdafiə Fondu sahibkarlar üçün xüsusi proqram təminatının təqdimatını keçirdi

Dövlət Sosial Müdafiə Fondu sahibkarlar üçün xüsusi proqram təminatının təqdimatını keçirdi

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_internet resmi

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) elektron hesabat xidməti üzrə təqdimat keçirilib. AgahMedia.Com informasiya portalının məlumatına görə, DSMF-də keçiriən təqdimatda qeyd olunub ki, Fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülür. Bunlardan biri də elektron hesabat xidməti üzrədir. Tədbirdə çıxış edən DSMF-nin maliyyə-büdcə şöbəsinin sektor müdiri Rüfət Oruclu bildirib ki, elektron hesabat xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin sspf.gov.az və www.e-sspf.gov.az saytlarında yerləşdirilib. DSMF rəsmisinin sözlərinə görə, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu” adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb və bu sahibkarların DSMF-lə iş mexanizmini daha da asanlaşdırır.
Proqrama sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın tərtibi üzrə proqram təminatından istifadə, hesabatları və məlumatları DSMF orqanlarına elektron formada təqdim etmə daxildir.

Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. “Yardım masaları”nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarının sayının daha da artacağı gözlənilir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*