Azərbaycanda “EvroAz”adlı yeni telekanal yayıma başlayacaq

“EvroAz”adlı televiziya kanalı 09.12.2014 cü il tarixində Isveç Teleradio Üst Qurumu tərəfindən lisenziya alıb. Azərbaycan və Türkiyə diasporasının birgə əməyi nəticəsində yaranmış bu kanal, mədəniyyət sahəsində, daha çox xəbərlərin yayımlanması nəzərdə tutulub. Telekanal yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının telekanalı olacaq. Telekanalda ancaq Türkün və Azərbaycanın mədəniyyətini, dilini, musiqisini, kinosunu, ədəbiyyatını, mətbəxini Avropaya və dolayısıyla dünyaya çatdıracaq …

Azərbaycanda bütün dövlət xidmətləri elektronlaşdırılacaq

2020-ci ilədək Azərbaycanın dövlət qurumlarının bütün xidmətləri elektron formata keçiriləcək. AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, bu haqda danışan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Elektron hökumətin qurulmasının problemləri” adlı birinci elmi-praktik konfransda bildirib ki, hazırda 2013-cü ildə işə salınmış “Elektron hökumət” portalında istifadə edilə bilən xidmətləri əldə etmək üçün müraciətlərin sayı …

Azərbaycan Qadınlarının İKT Klubu yaradıldı

Azərbaycanda İKT sahəsində çalışan qadınları əhatə edəcək ilk peşəkar qurum – Azərbaycan Qadınlarının İKT Klubu (AQİK / “FEMMES DIGITALES”) yaradılıb. AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən aldığı məlumata görə,klubun təsisçiləri arasında “B.est Solutions”, “Microsoft”, “HP”, “Azercell”, “Bakcell”, “Azerfon”, “BBTV”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AGAT, ITECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, ASAN, “Mont”, …

“İPhone 6″nın patent skandalı…

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə,”İPhone 6 ” mobil telefonun dizaynının, münasib qiymətə olan Çin istehsalı telefondan təqlid edildiyi iddia edilir. Sonuncu dəfə ” İPhone 6 “və “İPhone 6 Plus” ilə yetərincə problem yaşayan texnologiya nəhəngi “Apple” şirkəti daha bir zərbə alıb. “Apple” bu dəfə patent oğrusu kimi günahlandırılıb. Bu iddianı Çinli telefon istehsalçısı …

23 ölkədən 250 şirkətin nümayəndələri “Bakutel”də görüşəcəklər

Dekabrın 2-də Bakı Ekspo Mərkəzində İKT sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir – Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2014”) Sərg -Konfransı öz işinə başlayacaq və eyni zamanda bu nəhəng tədbirin 20 illik yubileyi qeyd ediləcək. Bu münasibətlə “JW Marriott Hotel Absheron” mehmanxanasında çeçirilən mətbuat konfransında açılış nitqi ilə çıxış edən rabitə və yüksək texnologiyalar …

Bakı II Regional İnternet İdarəçilik Forumuna ev sahibliyi edəcək

AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən aldığı məlumata görə, 2-ci Regional İnternet İdarəçilik Forumu 02-03 dekabr tarixlərində “Bakutel-2014” Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində baş tutacaq. Builki konfrans Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə reallaşdırdığı “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və …

Məşhur “Barbi”yə yeni rəqib gəlir…

AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, ABŞ-dan olan dizayner “Barbi” kuklasının “normal” formalı və qadınlarda olan “tipik” kosmetik qüsurlara malik analoqunu hazırlayıb. “Vaşinqton Post” qəzeti yazır ki, Nikolay Lemm tərəfindən yaradılan “Lemmili” kuklasının sellüliti və sızanaqları var. Həm də onun ayaqları adi “Barbi”dəkindən qısadır, gövdəsi enlidir, sifəti isə “ilhamverici” amerikalının prototipini – 19 …

Biznesə sıfırdan başlayıb, “Forbes”in listesinde yer alanlar…

Məşhur “Forbes” dərgisinin tərtib etdiyi ən varlıların növbəti reytinqində də öndə gələn iş adamlarının  bir çoxu biznesə sıfırdan başlayan insanlardır. Belə milyarderlərin təcrübəsi göstərir ki, istedad və bacarıq, inad və azacıq bəxt uğur qapısının açarıdır. AgahMedia.Com informasiya portalı  Mincom.gov.az  saytına istinadən,  bu zəngin işadamlarından  bir neçəsinin maraqlı həyat tarixçəsi haqqında bəzi bilgiləri təqdim edir…   “WhatsApp” …

Mobil cihazların IMEI nömrəsinin qeydiyyatı ödənişli oldu

AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən aldığı məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın müvafiq bəndi nəzərə alınaraq, 1 noyabr 2014-cü il tarixindən şəxsi istifadə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı aşağıdakı …

İnternetin təhlükəli tərəfləri…

Böyük Britaniyada keçirilən sosioloji sorğu nəticəsində bəlli olub ki, gənclərin əksəriyyətində internet asılılığı simptomu müşahidə edilir. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, 1300 nəfər arasında sorğu keçirən Digital Clarity marketinq şirkəti belə qənaətə gəlib ki, rəyi soruşulan 18- 25 yaşlı gənclərin 16 faizində belə əsəb pozğunluğu müşahidə edilməkdədir. Digər asılılıqlar kimi , internet …

Azərbaycan bankları iri İT layihələrinin maliyyələşdirilməsinə başladılar

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xətti ilə banklar tərəfindən sahibkarlara kreditlərin verilməsinə başlanılb. AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyininə istinadən məlumatına görə, artıq fondun xətti ilə “GoldenPay” və “Enginet” şirkətlərinə kreditlər ayrılıb. Belə ki, “GoldenPay” şirkətinə onlayn ödəniş sisteminin inkişafı üçün “PashaBank” tərəfindən 400 min manat həcmində …

“Twitter” ABŞ hökümətini məhkəməyə verməyə hazırlaşır

AgahMedia.Com informasiya portalının İTV-yə istinadən məlumatına görə, “Twitter” sosial şəbəkəsi söz azadlığının qorunması tələbi ilə ABŞ hökümətini məhkəməyə verəcək. Hazırda şirkət digər sosial şəbəkələr kimi, hüquq mühafizə orqanlarını, istifadəçilərin şəxsi məlumatları ilə təmin etməlidir. Bununla əlaqədar hər hansı bir məlumat yaymaq şirkətlərə qadağan olunub. Aprel ayında “Twitter”in hüquq mühafizə orqanlarının sorğuları da daxil olmaqla “şəffaflıq …

“iPhone 6″nı Bakıdan almaqdansa, gedib Amerikadan alıb gəlmək daha ucuz imiş (Qiymətlər)

Telefon həvəskarlarının böyük maraqla gözlədiyi “iPhone 6” smartfonlarının satışına Bakıda da start verilib. AgahMedia.Com informasiya portalının Fins.az resursuna istinadən məlumatına görə, ilk dəfə olaraq smartfonlar “İrşad Telecom” və “World Telecom” mağazalar şəbəkəsində satışa çıxarılıb. Qiymətlər Bununla yanaşı, smartfonların qiymətləri qeyri-adi dərəcədə yüksəkdir. Doğrudur, yeni “iPhone 6″ların qiymətinin yüksək olacağı gözlənilirdi, amma Bakıda təklif olunan qiymətlərin …

“YouTube” internetsiz də işləyəcək

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, dünyanın ən böyük video platforması “YouTube”da videolar artıq offlayn olaraq da izlənilə biləcək. Google sahibi olduğu məşhur video platforması YouTube qarşıdakı həftələrdə istifadəçilərinə böyük bir jest edəcək. Onlar artıq videoları internetə bağlı olmadıqlarından belə izləyə biləcək. İlk etapda Hindistanda tətbiqə qoyulacaq olan YouTube-un yeni xüsusiyyətinin Google-un ən …

“Facebook” 20 dəqiqəlik fasiləyə görə yarım milyon dollar itirdi

Sentyabrın 4-nə keçən gecə “Facebook”da 20 dəqiqə davam edən növbəti fasilənin yaranmasını dünyanın əksər ölkələrinin istifadəçiləri hiss edib. AgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, bu barədə internet saytlarının iş statusunu izləyən “DownForEveryoneOrJustMe” servisinin məlumatında deyilir. Belə ki, ötən gecə sosial şəbəkədən Rusiya, ABŞ, Tailand, Böyük Britaniya, Almaniya və digər ölkələrdə istifadə qeyri-mümkün olub. …

Azərbaycanda 4-cü mobil operator – “Naxtel”…

Naxçıvan Muxtar Respublikasının (NMR) “Naxtel” CDMA standartlı simsiz rabitə operatoru 1800-2100 MHz diapazon GSM tezliklərindən istifadə etmək üçün lisenziya almağa hazırlaşır. AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, NMR-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fərid Hacıyev bildirib ki, “Naxtel”in Azərbaycanın bütün ərazisində mobil rabitə xidmətini işə salmaq məqsədilə lisenziya almaq üçün …

Bakıda kiberidman üzrə dünya çempionatı keçiriləcək

AgahMedia.Com informasiya portalının Mincom.gov.az resursuna istinadən məlumatına görə, Azərbaycanda kiberidman artıq peşəkar səviyyəyə yüksəlib. Bunu avqustun 9-10-da “Park İnn” otelində keçirilən Kompüter Oyunları üzrə IX Milli Çempionatın final mərhələsi bir daha təsdiq etdi. Kompüter Oyunları üzrə Milli Assosiasiyadan bildirilib ki, sözügedən yarışlar Azərbaycan Kiberidman Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə təşkil olunub. …