Home » Biznes sfera və iqtisadiyyat, Maraqlı, Şou biznes və Mədəniyyət, Texno, Ümumi » Məşhur “Barbi”yə yeni rəqib gəlir…

Məşhur “Barbi”yə yeni rəqib gəlir…

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_Lemmili_oyuncaqi

AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, ABŞ-dan olan dizayner “Barbi” kuklasının “normal” formalı və qadınlarda olan “tipik” kosmetik qüsurlara malik analoqunu hazırlayıb.

“Vaşinqton Post” qəzeti yazır ki, Nikolay Lemm tərəfindən yaradılan “Lemmili” kuklasının sellüliti və sızanaqları var. Həm də onun ayaqları adi “Barbi”dəkindən qısadır, gövdəsi enlidir, sifəti isə “ilhamverici” amerikalının prototipini – 19 yaşlı qızı xatırladır. Novatorun sözlərinə görə, o bu oyuncağı “reallığın da gözəl ola biləcəyini” sübut etmək üçün düşünüb.

“Lemmili”ni yaratmaq üçün dizayner “xalq maliyyələşdirməsi” yolu ilə vəsait axtarıb. Əvvəlcə, o, 95 min dollar əldə edəcəyini düşünüb, lakin yekun məbləğ 501 min dollar təşkil edib. Bundan başqa, dizayner 22 min sifariş alıb.

N.Lemm artıq pul vəsaitini “normal Ken”in yaradılması üçün sərf edəcəyini vəd edib. “Lemmili”nin oğlan dostunun keçəl və dolu olacağı mümkündür.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*