Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Texno » “İPhone 6″nın patent skandalı…

“İPhone 6″nın patent skandalı…

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Iphone_6

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə,”İPhone 6 ” mobil telefonun dizaynının, münasib qiymətə olan Çin istehsalı telefondan təqlid edildiyi iddia edilir.

Sonuncu dəfə ” İPhone 6 “və “İPhone 6 Plus” ilə yetərincə problem yaşayan texnologiya nəhəngi “Apple” şirkəti daha bir zərbə alıb. “Apple” bu dəfə patent oğrusu kimi günahlandırılıb. Bu iddianı Çinli telefon istehsalçısı Digione ortaya atdığı bildirilir. Çinli telefon istehsalçısı sentyabr ayında “İPhone 6″nın ortaya çıxması ilə bir yerdə vəkilləri vasitəsi ilə “Apple”-ın mərkəz ofisinə məktub göndərib.

Məktub da patent hüququnun pozulmasından bəhs edilib. “İPhone 6″nın dizaynının Digione-nin “100+” adlı telefonuna olduqca bənzədiyi qeyd edilir.

Qeyd edək ki, Çinli telefon istehsalçısı “100+” telefonunun patentini iyul ayında alıb.

Hazırda “Apple”dən patent hüquqlarının pozulması ilə bağlı cavab gəlməyib. Son zamanlar bir çox problem yaşayan ” Apple”ın bu mövzuda nece reaksiya verəcəyi hər kəsin maraq dairəsindədir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*