Home » Beynəlxalq, Siyasət, Sosial, Ümumi » Barak Obama Azərbaycan xalqını təbrik etdi

Barak Obama Azərbaycan xalqını təbrik etdi

AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi 28 May – Respublika günü münasibəti ilə təbrik edib.
“Respublika Günü və müstəqilliyinizin iyirminci ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından təbrik edirəm. Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlığını yüksək dəyərləndirir. Birləşmiş Ştatlar regional enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın demokratik və çiçəklənən dövlət kimi inkişafının təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması məsələlərində Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək məqsədilə daha böyük imkanların inkişaf etdirilməsinə sadiqdir. Milli bayramınız və bu tarixi ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqda Amerika xalqı da mənə qoşulur”, – deyə təbrik məktubunda bildirilir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*