Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » “Bank of Baku”nun “Facebook” əməliyyatları

“Bank of Baku”nun “Facebook” əməliyyatları

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Bank_Of_Baku_logo

“Bank of Baku”-nun “Facebook” səhifələri Azərbaycanın bank sektorunda ən populyar sosial səhifələrdəndir. “Bank of Baku” səhifələrinin fanlarının toplam sayı 280.000-i aşıb. AgahMedia.Com informasiya portalının məlumatına görə,bu barədə adıçəkilən bankın yaydığı xəbərdə bildirilir. Məlumatda qeyd edilir ki, “Bank of Baku” “Facebook”da iki səhifəyə malikdir: bankın rəsmi səhifəsi www.facebook.com/bankofbaku və Bolkart brendinin rəsmi səhifəsi www.facebook.com/Bolkart
“Bank of Baku”-nun “Facebook” sosial şəbəkəsindəki səhifələri bankın kommunikasiyalar sahəsində effektiv novatorluğunu əks etdirir.

“Bir müddət öncə “Bank of Baku”-nun Facebook səhifəsi beynəlxalq Socialbakers monitorinq xidmətinin ən yaxşı sosial yönlü səhifə nominasiyası üzrə mükafatına layiq görülmüşdür. Xüsusi sertifikatda “Bank of Baku”-nun istifadəçilərlə kommunikasiyanı nümunəvi səviyyədə qurduğu və müraciətlərin əksəriyyətinin cavablandırıldığı qeyd edilmişdir.
Yeniliklərə daima prioritet verən “Bank of Baku” sosial şəbəkəsində öz müştərilərinə bank xidmətləri təklif edir. Azərbaycan bankçılıq tarixində ilk dəfə olaraq “Bank of Baku” “Fan kredit” layihəsinə start vermişdir.
Bankın sosial şəbəkəsində vaxtaşırı müxtəlif aksiya və müsabiqələr keçirilir. “Bank of Baku” yerli banklar arasında ilk dəfə onlayn oyun keçirmişdir. “Bank of Baku” Facebook istifadəçiləri üçün yeni məhsul və xidmətlər üzərində işini davam etdirir.”

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

*