Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » Azərbaycanın internet xidmətləri bazarında sürətli böyümə müşahidə olunur (Statistika)

Azərbaycanın internet xidmətləri bazarında sürətli böyümə müşahidə olunur (Statistika)

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_internet resmi

AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən aldığı məlumata görə, Azərbaycanda son 5 ildə internet xidmətləri bazarının həcmi 4 dəfə artıb. Milli internet seqmentinin inkişafı ilə bağlı bu məlumat “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi – 2013” adlı illik hesabatda yer alıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan hesabatda qeyd olunur ki, 2013-cü ildə İnternet bazarının həcmi 128,9 milyon dollara çatıb.

“Əvvəlki il ilə müqayisədə real ifadədə artım 45% təşkil edib. 2013-cü ildə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73, genişzolaqlı internet istifadəçilərinin sayı isə 55 nəfər olub. Son 5 il ərzində internet qiymətləri 12,5 dəfə azalıb. İnternet qiymətlərinin azalması xidmətə tələbatı, bu isə öz növbəsində beynəlxalq internet kanallarının həcminin artımını təmin edib. Son 5 ildə hər 100 internet istifadəçisinə düşən beynəlxalq kanal tutumu 14,4 dəfə artaraq 324 kbit/s-dan 4650,7 kbit/s-ya çatıb”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*