Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Avropa Birliyi ölkələrində rouminq xidmətinin ləğv edilməsi barədə qərar qəbul olundu

Avropa Birliyi ölkələrində rouminq xidmətinin ləğv edilməsi barədə qərar qəbul olundu

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Avropa_Birliyi_Binasi

AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, Avropa parlamenti Avropa İttifaqı (Aİ) ölkələrində mobil telefonlardan edilən zənglərə görə rouminq xidmətinin ləğv edilməsi barədə qərar qəbul edib. “Bu, çox əlamətdar gündür. Biz Aİ-yə üzv 28 ölkə ilə yekdil fikrə gəlməyə nail olduq. Avropa parlamentində keçirilən səsvermə hamının qələbəsidir”, – Avropa İttifaqının rəqəmli inkişaf məsələləri üzrə komissarı Nelli Kroes təssüratlarını bölüşüb. “Heç kim inanmırdı ki, cəmi yarım ilə biz bu məsələ ilə bağlı razılığa gələ bilərək”, – deyə o əlavə edib. Onun sözlərinə görə, qərar həm vətəndaşlar, həm biznes, həm də hökumət üçün faydalı olacaq.
Aİ ölkələrinin hökumətləri qərarı Avropa Komissiyasının cari ilin dekabrında başa çatacaq hazırkı tərkibinin fəaliyyət müddəti sona yetənədək təsdiq etməlidirlər.
“Qərar 2015-ci ilin dekabrında qüvvəyə minəcək”, – N.Kroes bəyan edib.
Aİ təmsilçisi onu da əlavə edib ki, rouminq ilə yanaşı, Aİ ölkələrində səfərdə olan zaman mobil telefonlardan internetə çıxış üçün əlavə ödəniş də ləğv olunur.
Avropa Parlamenti həmçinin şəbəkə neytrallığı qaydalarının sərtləşdirilməsi haqqında qərar qəbul edib. Sənədə əsasən, provayderlər Aİ-yə üzv ölkələrdə bütün sayt və əlavələrə eyni trafik sürətini təqdim edəcək.
Bu, şəbəkə neytrallığı prinsiplərini tənzimləyən ilk ümumavropa qanunudur. Lokal səviyyədə analoji qanunlara ittifaqın yalnız iki ölkəsi – Niderland və Sloveniya malikdir.
Qanun layihəsi qanunvericilikdə provayderlərə servisləri özlərinin istəyinə uyğun “xüsusi” kimi təsnifatını aparmağa və onlara xüsusi ödəniş xidməti qismində yüksək trafik sürətini təqdim etməyə imkan verən boşluqları aradan qaldırmağa yönəlib.
Pravda.Com.UA resursunun xəbərinə görə, qanun layihəsində deyilir ki, provayderlər digər resurslara çıxışın zərərinə olaraq kontent tədarükçülərinə xüsusi xidmətlər təqdim etmək hüququna malik deyillər. “Provayderlər fəaliyyətinə görə eyni olan sayt və əlavələr arasında ayrı-seçkiliyə yol verməməlidirlər”, – sənəddə deyilir.
Parlament təklif olunan düzəlişlərin hamısını qəbul etməsə də, əsas maddələri qəbul edib. Onlardan “şəbəkə neytrallığı” və “xüsusi servislər” anlayışını müəyyən edən düzəlişləri qeyd etmək olar.
“Şəbəkə neytrallığı” qanunda bütün internet trafikinə göndərən, alıcı, tip, məzmun, qurğu, servis və ya əlavədən asılı olmayaraq fərq və məhdudiyyət qoymadan və ya müdaxilə etmədən eyni dərəcədə xidmətin göstərilməsi prinsipi kimi müəyyən edilib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*