Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək…

AgahMedia.Com informasiya portalının Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən aldığı məlumata görə, Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışında məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin şəhid ailələrinə verilməsi barədə qərar qəbul etdiyini açıqlayıb. Dövlətimizin başçısı deyib: “Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial …

Dövlət hesabına xaricdə ali təhsil almaq istəyənlərin nəzərinə…

AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyindən aldığı məlumata görə, Koreya Respublikasının İnha Universiteti və Bakı Mühəndislik Universiteti arasında bakalavriat pilləsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində inşaat mühəndisliyi və elektrik mühəndisliyi ixtisaslarına 2020-2021-ci tədris ilinin yaz semestri üçün əlavə sənəd qəbulu davam edir. Proqrama son müraciət tarixi 31 dekabr 2020-ci ildir. Məlumatda bildirilir ki, …

Subsidiya almaq istəyən fermerlərin nəzərinə…

AgahMedia.Com informasiya portalının Kənd Təsərrüfatı Nazirliyindən aldığı məlumata görə, fermerlər 2020-ci ildə ödənilmiş subsidiya vəsaitlərinin “Fermer Kartı”nda qalmış hissəsindən gələn il də istifadə edə biləcəklər. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən bildirilib ki, fermerlərin kartdakı qalıq vəsaitdən gələn il istifadə edə bilməsi üçün “Fermer kartı” aktiv olmalıdır. Əgər fermer öz adına açılmış …

Bakı, Xırdalan və Sumqayıtda kirayə üsulu ilə mənzil sahibi olmaq istəyənlərin nəzərinə…

AgahMedia.Com informasiya portalının İpoteka və Kredit Zəmanət Fondundan (Fond) aldığı məlumata görə, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısı genişləndirilib və daha bir yaşayış kompleksi mənzil fonduna daxil edilib. Yeni kompleks Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşir. Kompleks üzrə vətəndaşlara 40 mənzil təklif olunur. Qeyd olunan yaşayış kompleksində …

Bakıda növbəti “Kənddən şəhərə” yarmarkasına start verildi…

AgahMedia.Com informasiya portalının Kənd Təsərrüfatı Nazirliyindən aldığı məlumata görə, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan “Kənddən şəhərə” Qış Yarmarkası fəaliyyətə başlayıb. Bakı və Abşeronda 3 ünvanda fəaliyyət göstərəcək yarmarkaya əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən artıq fermer öz məhsullarını çıxarıb. Yarmarkanın fəaliyyətə başlamasına həsr olunan mərasimdə …

Bakı şəhərində güzəştli şərtlərlə mənzil almaq istəyənlərin nəzərinə…

AgahMedia.Com informasiya portalının Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyindən aldığı məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 4 saylı binası üzrə 121, 5 saylı binası üzrə 260 və 6 saylı binası üzrə 93 mənzilin, ümumilikdə 501 mənzilin satışı …

Azərbaycanda “Kartla ödə, kartla qazan” kampaniyasına start verildi…

AgahMedia.Com informasiya portalının Azərbaycan Mərkəzi Bankından aldığı məlumata görə, geniş əhali təbəqəsinin ödəniş kartlarından istifadəyə stimullaşdırılması, cəmiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə Mərkəzi Bank tərəfindən 1 noyabr 2020-ci il tarixindən başlayaraq “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereya kampaniyasına start verilib. Stimullaşdırıcı lotereya dövründə (1 noyabr 2020-ci il tarixindən 30 …

Azərbaycan prezidenti hərbi əməliyyatların hansı şərtlər altında dayandırılacağını açıqlayıb…

AgahMedia.Com informasiya portalının məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın “Rai-1” televiziya kanalına müsahibəsində jurnalistin “Siz öz hərbi əməliyyatlarınızı hansı şərtlər daxilində dayandırmağa razı olacaqsınız? Siz dəfələrlə demisiniz ki, Ermənistan tərəfindən konstruktiv yanaşma zəruridir. Konstruktiv yanaşma necə olmalıdır?… ” sualının cavabında bildirib ki, konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar baş nazirin …

Yeni biznes qurmaq və ya mövcud biznesini genişləndirmək istəyənlərin nəzərinə!…

AgahMedia.Com informasiya portalının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) aldığı məlumata görə, biznesin planlaşdırılması, marketinq, satış, bazar araşdırması, sahibkarlıq sahəsində qanunvericilik, maliyyənin və insan resurslarının idarə olunması və digər istiqamətlərdə təlim və məsləhət xidmətlərindən faydalanmaq istəyən mikro, kiçik və orta sahibkarlar, həmçinin öz biznesini qurmaq istəyən postensial sahibkarlar Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən …

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə…

AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyindən aldığı məlumata görə, cari ilin 28 sentyabr tarixindən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start veriləcək. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda …

Azərbaycanlılar Türkiyədə daşınmaz əmlakların alışına ciddi maraq göstərir…

Türkiyənin Statistika İdarəsindən bildirilib ki, bu ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 154 mənzil alıb. AgahMedia.Com informasiya portalının Report.Az saytına istinadən məlumatına görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 66 mənzil və yaxud 75% çoxdur. Yanvar-avqust aylarında isə Azərbaycan vətəndaşları Türkiyədə 700 mənzilə sahib olub. Bu da illik müqayisədə 11 ədəd və yaxud 1,5% …

Türkiyəyə getmək istəyənlərin nəzərinə… (Video)

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, yaxın günlərdə Azərbaycandan Türkiyənin müxtəlif istirahət zonalarına aviareyslərin bərpa ediləcəyi planlaşdırılır…

Bakıda təkrar mənzil bazarında qiymət artımı, ilkin mənzil bazarında isə ucuzlaşma qeydə alınıb…

AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, iyun ayı ərzində Bakının təkrar mənzil bazarında qiymətlərdə cüzi artım, ilkin mənzil bazarında isə ucuzlaşma qeydə alınıb. Ekspertin sözlərinə görə, Bakıda iyun ayı ərzində təkrar mənzil bazarında mənzilin bir kvadratmetrinin orta qiyməti 1702 …

Türkiyəyə getmək istəyənlərə şad xəbər…

AgahMedia.Com informasiya portalının məlumatına görə, Azərbaycan vətəndaşlarnın Türkiyədə vizasız rəsmi qalmaq müddəti 90 günədək artırılıb. Bununla bağlı qərarı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb və qərar artıq Türkiyənin “Rəsmi qəzet”ində dərc edilib. Qeyd edək ki, bundan əvvəl Azərbaycan vətəndaşlarına Türkiyədə 30 gün vizasız qalmağa icazə verilirdi.

Mərkəzi Bank banklarla bağlı şikayət və sorğularının cavablandırılması üçün qaynar xətti istifadəyə verdi…

AgahMedia.Com informasiya portalının Azərbaycan Mərkəzi Bankından aldığı məlumata görə, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Mərkəzi Bankın inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar Mərkəzi Bankda fəaliyyət göstərən qaynar xəttin iş rejimi gücləndirilmiş, operatorların sayı artırılmış, iş günlərində qaynar xəttin fasiləsiz iş qrafiki təmin edilmişdir. “Nəzərinizə …

Texnikumlarda təhsil müddəti azaldılacaq…

AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyindən aldığı məlumata görə, ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əmək bazarının tələblərinin dəyişməsi həmin tələblərə uyğun təhsilin məzmununu yeniləmək, o cümlədən orta ixtisas təhsili pilləsində yeni ixtisaslar üzrə kadr hazırlığını aparmaq və bu pillədə ixtisasları ali təhsilin bakalavriat səviyyəsindəki ixtisaslara uyğunlaşdırmaq zərurətini yaradıb. Eyni zamanda bu zərurət orta ixtisas təhsili müəssisələrinə …