Mərkəzi Bank banklarla bağlı şikayət və sorğularının cavablandırılması üçün qaynar xətti istifadəyə verdi…
|
AgahMedia.Com informasiya portalının Azərbaycan Mərkəzi Bankından aldığı məlumata görə, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Mərkəzi Bankın inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar Mərkəzi Bankda fəaliyyət göstərən qaynar xəttin iş rejimi gücləndirilmiş, operatorların sayı artırılmış, iş günlərində qaynar xəttin fasiləsiz iş qrafiki təmin edilmişdir.
“Nəzərinizə çatdırırıq ki, banklarla bağlı hüquqi və fiziki şəxslərin şikayət və sorğularının cavablandırılması imkanlarının genişləndirilməsi və operativliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının “966” qaynar xətti istifadəyə verilmişdir.
Həmçinin Mərkəzi Bank tərəfindən respublika ərazisində fəaliyyət göstərən banklara inzibati binalarında (filial, şöbə) “966” qaynar xətti barədə məlumat lövhəsinin yerləşdirilməsi barədə göstəriş verilmişdir. Buna əsasən hüquqi və fiziki şəxslər banklar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarla, həmçinin Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə məlumat və sorğu xarakterli müraciətlərlə bağlı Mərkəzi Bankın “966” qaynar xəttinə zəng edə bilərlər.
Mərkəzi Bankın “966” qaynar xətti iş günləri hesab edilən bazar ertəsi – cümə günləri saat 09:00-dan 18:00-dək zəngləri qəbul edir. Eyni zamanda müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması +99412 493-50-58 və +99412 493-11-22 telefon nömrəsi vasitəsi ilə həyata keçirilir.”
Bu kontentin portalımızda yayınladığı tarix : 13/05/2020Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒