Home » Sosial, Təhsil sektoru, Ümumi » Dövlət hesabına xaricdə ali təhsil almaq istəyənlərin nəzərinə…

Dövlət hesabına xaricdə ali təhsil almaq istəyənlərin nəzərinə…


AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyindən aldığı məlumata görə, Koreya Respublikasının İnha Universiteti və Bakı Mühəndislik Universiteti arasında bakalavriat pilləsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində inşaat mühəndisliyi və elektrik mühəndisliyi ixtisaslarına 2020-2021-ci tədris ilinin yaz semestri üçün əlavə sənəd qəbulu davam edir.
Proqrama son müraciət tarixi 31 dekabr 2020-ci ildir.
Məlumatda bildirilir ki, Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 4 ildir. Bu müddətin 3 ilinin Bakı Mühəndislik Universitetində, son 1 ilinin isə İnha Universitetində keçirilməsi nəzərdə tutulur. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.
İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə qeyd etdiyimiz bu lindəki elan vasitəsilə tanış ola bilərsiniz… ⇒ http://edu.gov.az/upload/file/ELAN/2020/12/BEU%20INHA%20elan%2008%20Dec%202020.pdf

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*