Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bakıda təkrar mənzil bazarında qiymət artımı, ilkin mənzil bazarında isə ucuzlaşma qeydə alınıb…

Bakıda təkrar mənzil bazarında qiymət artımı, ilkin mənzil bazarında isə ucuzlaşma qeydə alınıb…

AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, iyun ayı ərzində Bakının təkrar mənzil bazarında qiymətlərdə cüzi artım, ilkin mənzil bazarında isə ucuzlaşma qeydə alınıb.

Ekspertin sözlərinə görə, Bakıda iyun ayı ərzində təkrar mənzil bazarında mənzilin bir kvadratmetrinin orta qiyməti 1702 manatdan 1708 manata qədər artıb (0.35 faiz artım). İl ərzində isə artım 7.29 faiz təşkil edib.

N.İbrahimov vurğulayıb ki, ilkin mənzilin isə bir kvadratmetrinin orta qiyməti 1425 manatdan 1370 manata azalıb. O qeyd edib ki, ay ərzində 3.86 faiz azalma, il ərzində isə 3.71 faiz artım müşahidə edilib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*