Təhsil müəssisəsini və ya ixtisasını dəyişdirmək istəyən tələbələrin nəzərinə…

AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyindən aldığı məlumata görə, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə növbəti elektron sənəd qəbuluna cari ilin fevral ayının 1-dən etibarən start veriləcək.  Transfer.edu.az portalı vasitəsi ilə sənəd qəbulu …

Azərbaycan arıçılıq məhsullarının böyük ixrac potensialından da faydalana bilər…

“Arıçılığın da çox böyük ixrac potensialı var. Azərbaycan dünya miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər, müvafiq göstərişlər verilib. Əminəm ki, 2018-ci ildə yaxşı nəticələr olacaqdır.” Bu sözləri Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev deyib. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına …

Azərbaycana gələn turistlərin sayında rekord artım qeydə alındı…

AgahMedia.Com informasiya portalının Mədəniyyət və Turizm Nazirliyindən aldığı məlumata görə, 2016-cı il ilə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olmuşdur ki, bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir. Onlardan 853 082 Rusiya Federasiyası, 537 710 Gürcüstan, 362 597 İran, 301 553 Türkiyə, …

“DəmirBank”dakı qorunan əmanətlər “Kapital Bank” vasitəsilə qaytarılacaq…

Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə “Dəmirbank” ASC –yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Dəmirbank” ASC-də sığorta hadisəsi günü 22 dekabr 2017-ci il müəyyən edilib. Əmanətlərin …

İşsizlikdən sığorta sisteminin işləmə mexanizmi…

“İşsizlikdən sığorta haqqında” qanun gələn il yanvarın 1-dən qüvvəyə minir. İşini itirənlər işsizlikdən sığorta sistemindən yararlana biləcəklər. AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun müdiri Kamil Həsənov deyir ki, qanun qüvvəyə mindikdən sonra İşsizlikdən Sığorta Fonduna hər ay işçinin əməkhaqqının 1 faizi miqdarında vəsait …

Əmək pensiyaları ilə ilgili yeni qaydalar təsdiqləndi…

“Əmək pensiyaları haqqında” qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”ı təsdiq edilib. AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, yeni qaydalarda əmək pensiyalarının təyin edilməsi və hesablanması və yaşa görə əmək pensiyası hüququnun hansı hallarda yaranması halları açıqlanıb. Qaydalara əsasən əmək pensiyası hüququ olan şəxslər …

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elanı

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 dekabr 2017-ci il tarixindən 8 dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilmişdir. AgahMedia.Com informasiya portalının Dövlət İmtahan Mərkəzindən (DİM) aldığı məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və …

Vergi ödəyicilərinin nəzərinə!…

AgahMedia.Com informasiya portalının Vergilər Nazirliyindən aldığı məlumata görə, 2018-ci ilin 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. “Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura …

Türkiyədə bahalı evlər alan azərbaycanlıların sayı artır…

AgahMedia.Com informasiya portalının Fins.az resursuna istinadən məlumatına görə, Türkiyənin “Elit Group” inşaat, əmlak və investisiya şirkətinin nümayəndəsi Yulia Barsan bildirib ki, şirkətin əsas premium müştərilərinin bir hissəsi varlı Azərbaycan vətəndaşlarıdır. O bildirib ki, hazırda şirkətin Alanya bölgəsində tikdiyi layihələrdə evlərin qiyməti 50 min avrodan başlayır. Azərbaycanlı müştərilər əsasən 500 min -1 milyon avro dəyərində evləri, …

Neft şirkətləri Azərbaycanda arıçılığın inkişafına dəstək verəcəklər…

BP və onun “Azəri-Çıraq-Günəşli” (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), “Şahdəniz” (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları Azərbaycanda kənd icmalarında arıçılığın, bu sahədə bacarıqların, tədqiqat və elmin inkişafına dəstək verən “Şirin Qızıl” layihəsini təqdim ediblər. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, layihənin təqdimatı bu ilin mart ayında 18 icmada başlanmış bir illik pilot …

Məşhur ekspert Azərbaycanın spirtli içkilər bazarındakı vəziyyətlə bağlı həyacan təbili çaldı…

Azərbaycanda spirtli içkilərə tələbat az deyil. Ölkədə həm yerli istehsalı olan, həm də başqa ölkələrdən idxal edilən içkilərdən istifadə olunur. Bununla yanaşı, satışa kifayət qədər saxta spirtli içkilər də yol tapır. Xüsusən də əksər restoran və şadlıq evlərində verilən spirtli içkilərin saxta olması barədə müəyyən fikirlər səsləndirilir. Müşahidələr də göstərir ki, şadlıq evləri və restoranlarda …

Azərbaycana gələn turistlərin statistikası…

Azərbaycana gələn turistlər səfər üçün daha çox yay aylarını seçirlər. AgahMedia.Com informasiya portalının Fins.Az resursuna istinadən məlumatına görə, Azərbaycanın daha çox turist qəbul etdiyi 10 ölkə üzrə olan göstəriciləri təhlil etdikdə görmək olar ki, turistlərin ölkəmizə daha çox səyahət etdiyi müddətlər fərqli olub. Amma ümumilikdə, turistlər səyahət üçün daha çox martdan sonrakı ayları, xüsusilə yay …

İmmuniteti gücləndirmək üsulları…

AgahMedia.Com informasiya portalı “AzərTAc”a istinadən Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Rəhimovun immunitetin gücləndirilməsi üsullarıyla ilgili açıqlamasını təqdim edir: Qida rasionuna daxil olan bir sıra məhsullar müntəzəm qəbul ediləndə immuniteti gücləndirmək xüsusiyyətinə malikdir. Hər gün süd, kefir, yoqurt, təbii kəsmik və digər ağartı məhsulları qəbul etmək, onların az və ya orta dərəcədə yağlılığı olanları …

Balakəndə beynəlxalq xurma festivalı keçiriləcək…

Noyabrın 4-5-də Azərbaycanda ilk dəfə Balakəndə “Beynəlxalq Xurma Festivalı” keçiriləcək. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, festivalda Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq qurumların nümayəndələrinin və digər qonaqların iştirakı nəzərdə tutulur. Balakən şəhərindəki Heydər Əliyevin adına Mədəniyyət və İstirahət Parkında reallaşacaq festivalda xurmadan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş olunacaq, tanınmış musiqi kollektivləri …

Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı müəyyənləşdirildi…

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilib. AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, dəyişikliklərə əsasən, ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı bir hesabat ayı üçün Bakı, Sumqayıt və …

Bakının ilkin mənzil bazarında ucuzlaşma, təkrar mənzil bazarında isə bahalaşma müşahidə edilir…

“MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun sözlərinə görə, sentyabr ayında Bakının təkrar mənzil bazarında qiymətlərdə 3.25 faiz artım baş verib. AgahMedia.Com informasiya portalının Fins.Az resursuna istinadən məlumatına görə, ekspert bildirib ki, ilkin mənzil bazarında isə qiymətlərdə 6.56 faiz azalma müşahidə edilib. N.İbrahimov qeyd edib ki, təkrar satılan mənzillərin qiymətlərinin …

“Təhmin və Zaur” filminin təqdimatı keçiriləcək…

Oktyabrın 19-da “Cinemazadeh” istehsalı olan “Təhmin və Zaur” filminin qala gecəsi keçiriləcək. AgahMedia.Com informasiya portalının məlumatına görə, 19 oktyabr saat 19:00-da “Gənclik Mall”da yerləşən “Cinema Plus” kino mərkəzində keçiriləcək təqdimatda tanınmış simaların iştirak edəcəyi bildirilir. Qala gecəsi üçün özəl bilet satışı olacaq. Oktyabrın 19-dan etibarən filmi Bakı kinoteatrları ilə yanaşı Gəncə və Naxçıvan kinoteatrlarında da …