Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Məşhur ekspert Azərbaycanın spirtli içkilər bazarındakı vəziyyətlə bağlı həyacan təbili çaldı…

Məşhur ekspert Azərbaycanın spirtli içkilər bazarındakı vəziyyətlə bağlı həyacan təbili çaldı…

Eyyub_HuseynovAzərbaycanda spirtli içkilərə tələbat az deyil. Ölkədə həm yerli istehsalı olan, həm də başqa ölkələrdən idxal edilən içkilərdən istifadə olunur. Bununla yanaşı, satışa kifayət qədər saxta spirtli içkilər də yol tapır. Xüsusən də əksər restoran və şadlıq evlərində verilən spirtli içkilərin saxta olması barədə müəyyən fikirlər səsləndirilir. Müşahidələr də göstərir ki, şadlıq evləri və restoranlarda keçirilən toy mərasimləri zamanı masalara elə spirtli işçkilər düzülür ki, onları satışda görə bilməzsən. İddia olunur ki, restoranların zirzəmilərində hazırlanan həmin içkilər sağlamlıq üçün də təhlükəlidir.

AgahMedia.Com informasiya portalının Modern.Az saytına istinadən məlumatına görə, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, bazarın ən zibillənmiş sektoru məhz spirtli içkilərin satıldığı sahəsidir.

“Azad İstehlakçılar Birliyi 18 ildir spirtli içki bazarının bərbad vəziyyətdə olduğunu deyir. Restoranlarda təhlükəli içkilər təklif olunur. Bunun sübutunu bu yaxınlarda Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi sübut etdi. 20 gün bundan öncə onlar böyük mütəşəkkil dəstə həbs etdilər. Məlum oldu ki, Azərbaycanda istehsal olunan spirtli içkilərin təxminən 70 faizi əldəqayırmadır, hətta bəzən etil spirtindən istifadə edilir, bəzən də aseton qarışdırılır.”

E. Hüseynovun dediyinə görə, yalnız restoranlarda, şadlıq evlərində deyil, ən tanınmış otellərdə də saxta spirtli içkilər verilir.
“Bir çox restoranların, otellərin zirzəmisində spirtli içki hazırlamaq üçün şərait yaradılıb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatından sonra məlum oldu ki, bir qrup insan şüşə qabları yığır, Gürcüstan, İrandan gətirilən təhlükəli spirti qarışdırıb qablaşdıraraq, ayrı-ayrı yerlərə paylayır. Bir çox şadlıq evlərində saxta spirtli içkilər hazırlanaraq, masalara düzülür. Ən çox məşhur brendlərin qablarından istifadə edərək onları baha qiymətə müştəriyə sırıyırlar. Nəzarət qurumlarının buna qarşı fəaliyyəti çox zəifdir. Bizə də saxta içkilərlə bağlı bir neçə dəfə müraciət olunub. Araşdırma zamanı məlum olub ki, içkilər saxtadır. Bu sahəyə nəzarət edən qurum normal fəaliyyət göstərsə, vəziyyət belə olmaz. 9 mərtəbəli binada 144 ştatla çalışan dövlət qurumu yuxuya getməməlidir.”

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*