Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Azərbaycana gələn turistlərin sayında rekord artım qeydə alındı…

Azərbaycana gələn turistlərin sayında rekord artım qeydə alındı…

AgahMedia.Com informasiya portalının Mədəniyyət və Turizm Nazirliyindən aldığı məlumata görə, 2016-cı il ilə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olmuşdur ki, bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir. Onlardan 853 082 Rusiya Federasiyası, 537 710 Gürcüstan, 362 597 İran, 301 553 Türkiyə, 102 360 Birləşmiş Ərəb Əmirlikləri, 62 454 İraq, 57 756 Ukrayna, 33 273 Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olmuşdur.

Xarici vətəndaşlar daha çox iyul ayında gəlmişdir ki, bu da 313 515 nəfər olmuşdur.

2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olmuş və müvafiq olaraq 31,6 faiz, 19.9 faiz, 13.4 faiz, 11.2 faiz və 3.8 faiz təşkil etmişdir.

2017-ci ildə əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı olmuşdur.

2016-cı il ilə müqayisədə 2017-ci ildə Səudiyyə Ərəbistanından 4.5 dəfə, Omandan 7.4 dəfə, BƏƏ-dən 1.9 dəfə, İrandan 1.4 dəfə, Hindistandan 2.3 dəfə çox xarici vətəndaş gəlmişdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*