Bakının ilkin mənzil bazarında ucuzlaşma, təkrar mənzil bazarında isə bahalaşma müşahidə edilir…
|
|
“MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun sözlərinə görə, sentyabr ayında Bakının təkrar mənzil bazarında qiymətlərdə 3.25 faiz artım baş verib.
AgahMedia.Com informasiya portalının Fins.Az resursuna istinadən məlumatına görə, ekspert bildirib ki, ilkin mənzil bazarında isə qiymətlərdə 6.56 faiz azalma müşahidə edilib.
N.İbrahimov qeyd edib ki, təkrar satılan mənzillərin qiymətlərinin artmasına səbəb daşınmaz əmlak bazarında aktivliyin çoxalmasıdır: “Sentyabr ayında məzuniyyətlər bitdi və insanlar yenidən bazarda aktivləşməyə başladılar.”
N.İbrahimovun sözlərinə görə, oktyabr ayında da təkrar mənzil bazarında qiymətlərin bahalaşması proqnozlaşdırılır: “Amma noyabr ayında stabilləşmə və ondan sonra yenidən artım gözlənilir.”
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒