Home » Diaspora, Siyasət, Ümumi » 28 May-Respublika Günü Təbrizdə də qeyd olunub

28 May-Respublika Günü Təbrizdə də qeyd olunub

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Respublikasının yaradılmasının 93-cü ildönümü, 28 May-Respublika Günü ilə bağlı Təbrizin beş ulduzlu beynəlxalq Şəhriyar otelinin “Zərrin” salonunda rəsmi qəbul keçirilib.

AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, rəsmi qəbul Azərbaycan və İranın dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Daha sonra Azərbaycanın Təbrizdəki baş konsulu çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi çətin və şərəfli yoldan, eləcə də həmin dövrdə dost və qonşu İran İslam Respublikası da daxil olmaqla xarici ölkələrlə yaratdığı beynəlxalq əlaqələrindən danışıb.
Baş konsul Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-mənəvi varisi olaraq 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının həmin dövrdə yox olmaq təhlükəsi ilə üz-üzə qaldığını, lakin azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə azərbaycan rəhbərliyinə gəlməsi və onun apardığı uzaqgörən siyasət nəticəsində bu təhlükənin qısa zamanda aradan qaldırıldığını bildirib. Baş konsul, ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi bu midrik siyasətin hal-hazırda da ölkə rəhbərliyi tərəfindən davam etdirildiyini diqqətə çatdıraraq, müstəqilliyinin bərpa edilməsindən sonra Azərbaycanın bütün sahələr üzrə əldə etdiyi nailiyyətlər və sosial-iqtisadi inkişafı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, baş konsul həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqışəsi, onun törətdiyi fəsadlar, Azərbaycanın daha da sürətli inkişafı üçün münaqişənin yaratdığı maneələr, Ermənistanın apardığı təcavüz siyasəti, həyata keçirdiyi soyqırımlara dair də məlumat vermiş və münaqişənin həllinə dair Azərbaycanın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Baş konsul müstəqil Azərbaycan Respublikasının beynəlxalq müstəvidə apardığı uğurlu siyasətdən, qonşu ölkələrlə, xüsusən əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş İran İslam Respublikası ilə yaradılan dostluq və yaxın qonşuluq münasibətlərindən də söhbət açmış və bu münasibətlərin inkişafında İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan, eləcə də Ərdəbil və Azərbaycana yaxın digər vilayətlərinin də xüsusi payının olduğunu bildirib.
Daha sonra İran İslam Respublikasının Şərqi Azərbaycan valisinin müavini Fərrux Məscidi çıxış edərək İranla Azərbaycan arasında olan dostluq əlaqələrindən danışmış və Şərqi Azərbaycan valisinin təbriklərini çatdıraraq valinin təbrik məktubunu baş konsula təqdim edib.
AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, çıxışlardan sonra “Azərbaycan-inkişafa aparan yol” adlı film nümayiş etdirilib. Rəsmi hissədən sonra verilən ziyafətdə Qarabağ şikəstəsi, Sarı gəlin və bu kimi Azərbaycan xalq mahnıları səsləndirilmiş və “Azərbaycan 93” adlı rəmzi tort kəsilib.
Rəsmi qəbulda İran İslam Respublikasının Şərqi Azərbaycan valisinin müavini və vilayətin digər dövlət rəsmiləri, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb regionu üzrə Nümayəndəliyinin rəhbəri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və baş konsulluğun əməkdaşları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri, İranda yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*