Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » 2012-ci il üzrə internetin statistikası…

2012-ci il üzrə internetin statistikası…

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_internet resmi

AgahMedia.Com informasiya portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, Pingdom xidmətinin əməkdaşları 2012-ci ildə internetdə baş verən ən mühüm hadisələri öz araşdırmalarında əhatə etməyə çalışıblar. Onlar ötən il internetin əldə etdiyi nailiyyətləri müəyyən dərəcədə göstərə biliblər. ITC.ua saytı xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, 2012-ci ilin sonuna yaxın 2,2 milyard elektron poçt istifadəçisi qeydə alınıb. Hər gün göndərilmiş təxminən 144 milyard elektron məktubun təqribən 61 faizini əhəmiyyətsiz kimi göstərmək olar. Dünyada aktiv E-poçt istifadəçilərinin sayı 4.3 milyarda bərabərdir və bu, insanların elektron poçtla işləmək üçün eyni anda bir neçə tətbiqdən (proqram) istifadəsi ilə izah edilə bilər.
Spam ciddi problem olaraq qalır
Gmail dünyanın ən populyar poçt xidmətidir: ötən il ondan istifadə edənlərin sayı 425 milyon təşkil edib. Spam ciddi problem olaraq qalır və 2012-ci ildə göndərilmiş mesajların 68,8 faizi zibildir. Bu halda spamın 50,76 faizini müxtəlif növ əczaçılıq preparatlarının reklamı təşkil edib. Fişinqin həcmi cəmisi 0,22 faizə bərabər olub.

Populyar saytlara texniki xidmət göstərən ölkə
Dünyanın 1 milyon populyar saytının 43 faizinə ABŞ-da texniki xidmət göstərilir, 100 bloqdan 48 faizi isə “WordPress” əsasında fəaliyyət göstərir. Dünyanın 10 min ən populyar veb saytının 75 faizi açıq mənbə kodlu proqram təminatının əsasında işləyir.
WordPress əsasında fəaliyyət göstərən saytların sayı 59,4 milyona və hər ay baxılan səhifələrin sayı 3,5 milyarda bərabər olub. Qeyd edək ki, internetin sürətinin tədricən artmasına, həmçinin qurğu və proqram təminatının məhsuldarlığının artmasına baxmayaraq, veb səhifələr ilbəildən daha gec yüklənir. 2012-ci ildə veb səhifələr 2011-ci illə müqayisədə orta hesabla 4 faiz daha gec yüklənib.
Veb-serverlərin vəziyyətində elə böyük dəyişiklik qeydə alınmayıb. Apache lider olaraq qalıb, lakin ötən il onun bazar payı 6,7 faiz azalıb. Bununla belə IIS əsasında fəaliyyət göstərən veb-saytların sayı 32,4 faiz, NGINX-də 36,4 faiz, Google-da isə 15,9 faiz artıb.
Ən bahalı domen
Hazırda 329 yuxarı səviyyəli domen mövcuddur, qeydiyyatdan keçmiş domen adlarının ümumi sayı isə 246 milyona bərabərdir. Onların 104,9 milyonu “.com”, 14,1 milyonu “.net”, 9,7 milyonu “.org”, 6,7 milyonu “.info” və “2,2” milyonu “.biz” domeninin payına düşür. GoDaddy.com ən böyük domen registratoru olaraq qalıb. Onun bazar payı 32.44 faizə bərabər olub. Investing.com 2012-ci ildə satılmış ən bahalı domen adı olub. Sazişin qiyməti 2,45 milyon dollar təşkil edib.
Asiyalılar avropalılardan daha çox internetdən istifadə edir
2012-ci ilin sonuna olan məlumata əsasən, internet istifadəçilərinin sayı 2.4 milyarda bərabər olub. 1.1 milyard internet istifadəçisinə malik asiyalılar birinci, 519 milyon göstərici ilə Avropa ikinci, 274 milyon istifadəçi ilə Şimali Amerika üçünü yerdə qərarlaşıb. Əgər ölkələr üzrə hesablasaq, o zaman 565 milyon internet istifadəçisinə malik Çin birinci olub.
İnternet istifadəçiləri bu sosial şəbəkəni daha çox bəyənir
Facebook dünyanın ən populyar sosial şəbəkəsi olaraq qalır. 1 milyard istifadəçi olan “Facebook”da gündəlik 2.7 milyard “bəyən” düyməsi basılır. Bu sosial şəbəkənin istifadəçilərinin 47 faizini qadınlar təşkil edir.

Populyarlığa görə ikinci yerdə 200 milyon aktiv istifadəçiyə malik Twitter mikrobloqlar xidməti gəlir. Xidmət istifadəyə veriləndən indiyə qədər 163 milyard ismarıc (tvit) dərc edilib.
2012-ci ilin sentyabrına olan məlumata görə, LinkedIn işgüzar sosial şəbəkəsi (187 milyon) üçüncü mövqedə qərarlaşıb. Bu sosial şəbəkənin istifadəçisinin orta yaşı 44,2 təşkil edir. Google sosial şəbəkəsinin auditoriyası 135 milyon aktiv istifadəçidən ibarət olub.
Internet Explorer dünyanın ən populyar brauzeri sayılır
Microsoft Internet Explorer hələ də dünyanın ən populyar brazueri olaraq qalmaqdadır, lakin onun bazar payı 39 faizədək azalıb. Əsas mübarizə ikinci və üçüncü yer arasında gedir. Google Chrome (28%) ikinci, Mozilla Firefox (25%) isə üçüncü yerdə qərarlaşıb.
Google axtarış bazarın lideridir
Google axtarış bazarında lider olaraq qalır. 2012-ci ildə Google Search vasitəsilə 1,2 trilyon axtarış sorğusu qeydə alınıb və onun ABŞ bazarında payı 67 faizə bərabərdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*