Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Xarici bazarlardan daşınmaz əmlak alan azərbaycanlıların sayı artır

Xarici bazarlardan daşınmaz əmlak alan azərbaycanlıların sayı artır

Ölkənin daşınmaz əmlak bazarında hələ də müəyyən bir süstlüyün hökm sürdüyü danılmaz həqiqətdir. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, araşdırmalar göstərir ki, əvvəlki illərlə müqayisədə indi sözügedən bazardan mənzil alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Lakin maraqlı hal ondan ibarətdir ki, son illərdə xaricdən daşınmaz əmlak alan azərbaycanlıların sayı artır. Özü də xaricdən daşınmaz əmlak alınmasına heç də az vəsait sərf olunmur. Məsələn, təkcə ötən il bu məqsədlə təxminən yarım milyard dollar sərf olunub. Cari ildə isə bu rəqəmin daha böyük olması gözlənir. Çünki indi xaricdə daşınmaz əmlak alınması daha da asanlaşıb və sözügedən əmlak ucuzlaşıb. Elə bu səbəbdən də yerli əhalinin xarici ölkələrdə daşınmaz əmlak almağa marağı artıb. Daha çox Türkiyə, Fransa, Ukrayna kimi ölkələrə meyl olunur. Xatırladaq ki, Türkiyədə xaricilərin əmlak almasına icazə veriləndən sonra Türkiyədə əmlak alanlar arasında Azərbaycan vətəndaşları liderlik edir. Türkiyədə əmlak satışı ilə məşğul olan “Soysal Group” şirkətinin nümayəndəsi Yelena Arçibaşevanın sözlərinə görə, azərbaycanlılar ən çox Türkiyənin İstanbul və Bodrum şəhərlərində əmlak alır. Qiymətindən və növündən asılı olaraq alınan əmlaklar fərqlidir. İkinci yeri isə Rusiya vətəndaşları tutur. Onu da qeyd edək ki, Türkiyə coğrafi baxımdan olduqca əlverişli mövqedə – Avropa və Asiyanın qovşağında yerləşir. Bundan əlavə, Türkiyə əla kurort ölkəsidir. Türkiyədə ipoteka ilə mənzillərin qiyməti 25-30 min avroya bərabərdir. Söhbət 2-3 otaqlı, çimərlik sahillərindən çox da uzaqda yerləşməyən gözəl apartamentlərdən gedir. Düzdür, ilkin ödənişin bir az çox – 30-40% olması ev almaq istəyənləri qorxuda bilər. Amma illik faiz dərəcələrinin 8-9% olması hər şeyi kompensasiya edir. Türkiyədə kredit şərtlərinə gəlincə, ipoteka üçün gəliri təsdiq edən sənəd, pasportun tərcüməsi və notarial qaydada təsdiq olunmuş surəti, həmçinin əmək kitabçasının bir nüsxəsi tələb olunur. Azərbaycandakı kimi, Türkiyədə də banklar heç bir səbəb göstərmədən kredit verməkdən imtina edə bilər.
Lakin istənilən halda görünür ki, hazırda azərbaycanlılar Türkiyədə, daha çox isə İstanbulda daşınmaz əmlak almağa maraq göstərir. Soydaşlarımızı Türkiyədə daşınmaz əmlak alışına sövq edən əsas səbəblərdən biri isə kommersiya maraqlarıdır. Çünki Türkiyədə əmlakın icarəyə verilməsi gəlirli biznes sayılır. İtaliya, Fransa, İspaniya kimi ölkələrlə müqayisədə burada icarə biznesinin gəlirlilik səviyyəsinin daha yüksək olduğu bildirilir. Ekspertlərin fikrincə, ölkə vətəndaşlarının qonşu Türkiyəyə daşınmaz əmlak üçün üz tutmasının əsas səbəblərindən biri onun daha yaxın olması və bu ölkədə, Azərbaycan da daxil olmaqla, bir neçə dövlətə qarşı qoyulmuş qadağanın aradan qaldırılmasıdır.
Həmçinin, Avropa böhranı burada daşınmaz əmlakın dəyərdən düşməsinə səbəb olduğundan, burada da ev alan soydaşlırımızın sayında artım müşahidə olunur. Məlumatlara görə, azərbaycanlılar, əsasən, böhran dalğasının dərinləşdiyi ölkələrdə – Yunanıstan, İspaniya kimi ölkələrdə mənzil almağa çalışırlar. Çünki bu ölkələrdə qiymətlər qalxmır, əksinə düşür. İspaniyada azmərtəbəli yeni binalarda sahəsi 60 kvadrat metr olan təmirli və mebellə təchiz edilmiş mənzili 60 min avroya almaq mümkündür. Digər tərəfdən, Avropanı öz cənginə alan iqtisadi böhran banklar üçün əcnəbi müştəriləri daha cəlbedici edib. Yəni İspaniya banklarında kredit rəsmiləşdirmək hər hansı xarici vətəndaş üçün asan prosesdir. Maraqlı faktlardan biri də Almaniyada mənzillərin qiymətidir. Bütün birləşmiş Avropa iqtisadiyyatını öz dəmir çiyinləri üzərində saxlayan bu ölkədə daşınmaz əmlak inanılmaz dərəcədə ucuzdur. Onu da bildirək ki, yerli əhalidən fərqli olaraq, xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka elə də böyük pul yatırmır. Səbəblərdən biri bahalıqdır. Bundan başqa, iqtisadçı-ekspert Vəfadar Axundov deyir ki, Azərbaycan qanunvericiliyində əcnəbilərin ölkədə mənzil almasına dair heç bir problem yaranmasa da, torpaq alışına məhdudiyyət var. İqtisadçı xarici vətəndaşların ölkədə daşınmaz əmlak almağa meyl etməməsinə əsas səbəb kimi viza məsələsini göstərir. Onun fikrincə, Azərbaycanın turizm potensialının geniş olması da əcnəbiləri infrastruktur layihələrinə sərmayə qoymağa sövq edə bilər. Çünki xarici vətəndaşlar turizm obyektlərini almaqda maraqlıdır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*