Home » Beynəlxalq, Siyasət, Ümumi » Türkiyə Prezidenti: Fransa Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır

Türkiyə Prezidenti: Fransa Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır

Fransa qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etdikdən sonra ATƏT-in Minsk qrupunda öz vasitəçiliyini dayandırmalıdır, çünki ölkə öz neytrallığını itirib. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Abdullah Gül bəyan edib. Abdullah Gülün sözlərinə görə, “erməni soyqırımı” haqqında qanunun qəbulu Qafqazda sabitliyin bərqərar olması işinə ziyan vurur, o cümlədən, Azərbaycanla Ermənistan arasında onsuz da gərgin olan vəziyyəti pisləşdirir.
Cümə axşamı Fransa parlamenti qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib. Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib. Qanun layihəsi qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Fransa parlamentinin bu qərarına cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

One Response to Türkiyə Prezidenti: Fransa Minsk qrupunda vasitəçiliyini dayandırmalıdır

  1. 20 ildi fransa Minsk grupunda terrorist ermenileri mudafie ederek öz torpq larindan gvulmush 1 200 000 den artiq Azerbaycanlini dehshetli veziyyete meruz qoyb, TÛRK PREZIDENTI YENI BILIR KI FRANSANIN GEREK MINSK GRUPUNDAN QOVALAR???????????????????????????
    Türkiyye prezidenti Ermenistan adlanan ölkede ermeni terroristlerine bash eyerken türk xalqinin shehidlerine heqaret yapanda bu qonuya fikirleshmelidir
    DAYANDIRIN BU LAUREL HARDI (GÛL VE ERDOGANIN) komik filmin
    Türk xalqin oynatmasina son qoyun

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*