Home » Maraqlı, Şou biznes və Mədəniyyət, Ümumi » Türkan Şoray: Mənim ata tərəfdən əcdadım Naxçıvandandır

Türkan Şoray: Mənim ata tərəfdən əcdadım Naxçıvandandır

Azərbaycana təşrif buyuran məşhur Türk aktrisası Türkan Şoray Bakının onda gözəl təəssüratlar yaratdığını bildirib.”Bakı nağıllar şəhəridir. Burada hər şey gözəldir, gözəl insanlar, gözəl aura. Məni sevgi və hörmətlə qarşılayırlar. Hər bir azərbaycanlını öpürəm, bağırıma basıram”, – o qeyd edib. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Tanınmış aktrisa əslən azərbaycanlı olması ilə bağlı söhbətlərə də aydınlıq gətirib. “Mənim ata tərəfdən əcdadım Naxçıvandandır. Azərbaycanlılar və türklər qardaş və bacılardır. Bizim kökümüz eynidir, dilimiz və dinimiz eynidir”, – o əlavə edib.
O, Azərbaycan mədəniyyətinin hansı nümunəsini daha çox xoşladığını da deyib. Aktrisa deyib ki, Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısını sevir. Bundan başqa əfsanəvi ifaçı Zeynəb Xanlarova ilə də tanışdır.
“Çox istərdim ki, onunla görüşüm. Onunla görüşmədən getmək istəmirəm”, – o deyib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*