Home » Sosial, Təhsil sektoru, Ümumi » TQDK magistraturalara qəbul qaydalarını açıqladı

TQDK magistraturalara qəbul qaydalarını açıqladı

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_TQDK_LOGO

AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, TQDK tərəfindən “Magistr” xüsusi buraxılışının 2013-cü il üçün 1-ci sayı nəşr olunub. Jurnalda aşağıdakı materiallar əksini tapmışdır:
Azərbaycan Respublikasinin ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları
Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı, izahlı test tapşırığı nümunələri və açıq test tapşırığı nümunələri
Xarici dillər (ingilis, fransız, alman, rus, ərəb, fars dilləri) üzrə qəbul imtahanı proqramları
İnformatika üzrə qəbul imtahanı proqramı
Qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı iki mərhələdə keçiriləcək. Birinci mərhələdə test üsulu ilə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılacaq. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılacaq və ikinci mərhələdə onların seçdikləri qəbul proqramı üzrə ixtisas bilikləri test üsulu ilə yoxlanılacaq. Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab verməlidirlər (bu barədə “Magistr” xüsusi buraxılışının3-cü sayında qəbul proqramları dərc olunarkən məlumat veriləcəkdir). Azərbaycan bölməsinin bakalavr­larına xarici dil kimi ingilis, alman, fransız və ya rus dilini, rus bölmə­sinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Azərbaycan filologiyası və ya Tarix sahəsi üzrə Azərbaycan bölməsinin ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər. Filologiya, dilşünaslıq və tərcümə sahəsi üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər. Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməlidirlər və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən müəyyən edilən tələblərə uyğun olmalıdır.

Ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə test bloku üç bölmədən ibarətdir: sözlə bağlı (verbal), fiqurla bağlı, məntiqi-riyazi istiqamətli testlər. Bu bölmələrin hər birinə aid izahlı test tapşırığı nümunələri jurnalın 1-ci sayında təqdim olunub.
Əgər əvvəlki illərdə imtahanda məntiqi təfəkkürüzrə test blokuna həm çoxseçimli, həm də açıq tipli test tapşırıqları daxil edilirdisə, bu ildən xarici dil və informatika üzrə test bloklarına da hər iki tipli (çoxseçimli və açıq tipli) test tapşırıqlarının daxil edilməsi nəzərdə tutulur.
Bu il ilk dəfə olaraq fevral ayında magistratura imtahanının 1-ci mərhələsi üzrə sınaq imtahanının keçirilməsi nəzərdə tutulur.
Yaxın günlərdə TQDK tərəfindən tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün “İnformatika” adlı vəsait nəşr ediləcəkdir. İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da qəbula hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcəkdir.
”Məntiq testləri” vəsaitinin isə 3-cü təkmilləşdirilmiş nəşri 2012-ci ilin oktyabrında bakalavrların istifadəsinə verilmişdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*