Home » Bölgələr, Sosial, Təhsil sektoru, Ümumi » Texnikumların boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsinə start verildi

Texnikumların boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsinə start verildi

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_TQDK_LOGO

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi 2013/2014-cü tədris ili üçün ümumi və tam orta təhsil bazalarında (9 və 11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edir. İxtisas seçimi sentyabrın 9-dan sentyabrın 12-dək internet vasitəsi ilə aparılır.
AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, müsabiqədə ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə avqustun 25-də keçirilmiş qəbul imtahanlarında topladığı ümumi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. İmtahanın nəticələrinə görə orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlər müsabiqədə iştirak edə bilməzlər.
Müsabiqədə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında topladığı bal 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi və tam orta təhsil bazalarında (9 və 11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalmış plan yerlərinin siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışlarıında təqdim olunmuşdur.
Həmin jurnalları TQDK-nın inzibati binasının qarşısında yerləşən “Abituriyent” satış köşkündən, eyni zamanda Komissiyanın internet saytının müvafiq bölməsinə – http://www.tqdk.gov.az/ejurnal/ daxil olaraq elektron ödəmə etməklə əldə etmək olar.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*