Azərbaycanlı aktrisa Türkiyənin “Ən yaxşı qadın oyunçu”su seçildi
|
Əslən Azərbaycandan olan aktrisa Nəsrin Cavadzadəyə 2014-cü ilin “Ən yaxşı qadın oyunçu” nominasiyasında Türkiyə film sektorunun ali mükafatı olan “Altın portağal” təqdim olunub. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Nəsrin Cavadzadəyə “Altın portağal” mükafatı rejissor Kutluğ Atamanın “Quzu” filmindəki roluna görə verilib. Film 5 nominasiya üzrə 2014-cü ilin ən yaxşı filmi seçilib.
Bu, Nəsrin Cavadzadənin ikinci “Altın portağal”ıdır.
Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda doğulub. 11 yaşında ixtisasca həkim olan anası Fəridə xanımla İstanbula köçüb. Aktrisa Azərbaycanda urologiya elminin əsasını qoyanlardan olan Mirməmməd Cavadzadənin oğul nəvəsidir.
Bu kontentin portalımızda yayınladığı tarix : 22/10/2014Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒