“Ziraat Bank Azərbaycan”a lisenziya verildi
|
|
Məlum olduğu kimi, bir müddət əvvəl Türkiyənin Ziraat Bankası Azərbaycan Respublikasında törəmə bankın təsis edilməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdi.
AgahMedia.Com informasiya portalının Mərkəzi Bankdan aldığı məlumata görə, Ziraat Bankasının müraciətinə Azərbaycan Respublikası Mərkəzi Bankında qanunvericiliyə müvafiq olaraq baxılmış və bank lisenziyası üçün zəruri olan tələblərin icra olunduğu müəyyən edilərək müraciət müsbət qiymətləndirilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 30.12.2014-cü il tarixli qərarı ilə “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinə bank lisenziyası verilmişdir.
Mərkəzi Bank bildirir ki, geniş beynəlxalq şəbəkəyə malik Türkiyə bankının Azərbaycanda təmsilçilik statusunun dəyişilməsi iki ölkənin bank sektoru arasında əlaqələri daha da genişləndirməklə bank sektorunda rəqabətin güclənməsinə və sektorun ümumilikdə inkişafına xidmət edəcək.
Bu kontentin portalımızda yayınladığı tarix : 30/12/2014Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒
