Bakıdan Batumiyə getmək istəyənlərin nəzərinə…

İyul ayından etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi avtobus reysi həyata keçiriləcək.  AgahMedia.Com informasiya portalının Bakı Beynəlxalq Avtovağzal Kompleksindən aldığı məlumata görə, avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı çərşənbə, cümə və bazar günləri …

2019-cu ildən Bakı-Tbilisi-Qars marşrutu sərnişinlərin ixtiyarına veriləcək…

AgahMedia.Com informasiya portalının “Azərbaycan Dəmir Yolları” QSC-dən aldığı məlumata görə, 2019-cu ildən Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır. Bu məqsədlə gələn ilin birinci rübündə İsveçrənin “STADLER Rail Group” şirkəti tərəfindən istehsal olunmuş yeni yataq tipli vaqonlar Azərbaycana gətiriləcək. Sözü gedən vaqonlar ən son texnologiya əsasında istehsal edilir. Hazırda Almaniyanın Donauvörth və Treuchtlingen dəmir yolu …

Gürcüstana gedən turistlərin sayına görə 2-ci yeri azərbaycanlılar tutur

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, 2014-cü ilin əvvəlindən Gürcüstana 1 milyon 566 min 646 turist gedib ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 12 faiz çoxdur. 2014-cü ilin yanvar-avqust aylarının göstəricilərinə görə, Gürcüstanın dövlət sərhədindən 3 milyon 685 min 834 əcnəbi vətəndaş keçib. Bu da ötən ilin eyni dövrünün göstəricisindən 3 …

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda yeni ticarət mərkəzini istifadəyə verdi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın yanacaq bazarında ön mövqe tutmaqla yanaşı, digər layihələrin reallaşdırılmasında da fəaliyyətini genişləndirir. Şirkətin “Qudvil” ticarət mərkəzi ilə birgə layihəsi çərçivəsində Tbilisi və soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhəri arasındakı mərkəzi avtomobil yolunun Lilo yaşayış məhəlləsi yerləşən sahəsində böyük ticarət obyekti və yeni yanacaqdoldurma stansiyası …

Bakı-Tbilisi-Qars dəmir yolu 2015-ci ilin ortalarında istifadəyə veriləcək

Azərbaycan və Türkiyəni birləşdirəcək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun yaradılması prosesinin başa çatması 2015-ci ilin ortalarında mümkün olacaq. AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, bu barədə danışan Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanov bildirib ki, Gürcüstanda hakimiyyət dəyişikliyi və struktur islahatları layihənin reallaşdırılmasında yubanmaların obyektiv səbəbi olub. ASC rəhbərinin sözlərinə görə, bu, …

Azərbaycan şirkəti Gürcüstanın ən böyük vergi ödəyicisi elan olundu

Neft Məhsulları İdxalçıları İttifaqının təşkilatçılığı ilə Tblisidə düzənlənən və Gürcüstan hökumətinin dövlət strukturlarının, diplomatik missiyaların, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, həmçinin Gürcüstanda fəaliyyət göstərən xarici neft şirkətlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə “SOCAR Energy Georgia” şirkəti ən böyük investor və ən mühüm sosial layihələrin müəllifi kimi xüsusi diplom və mükafata layiq görülüb. AgahMedia.Com informasiya portalının məlumatına görə, …

Qarsda Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçirildi

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Qarsda ikinci Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçirilmişdir. Forumda Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Vera Kobalia iştirak etmişlər. Forumu “Üç dəniz layihəsi” adlandıran Zəfər Çağlayan bildirmişdir ki, Türkiyə Ermənistana qarşı mövqeyini bundan sonra da davam etdirəcəkdir. …