Home » Sosial, Təhsil sektoru, Ümumi » Təhsil naziri müəllimlərin əmək haqlarının artırılacağını bildirdi

Təhsil naziri müəllimlərin əmək haqlarının artırılacağını bildirdi

Azərbaycanda müəllimlərin əmək haqlarının artırılması ilə bağlı ölkə başçısının sərəncamı gözlənilir. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, bunu Təhsil naziri Misir Mərdanov bildirib. Nazirin sözlərinə görə, imkan olduqca müəllimlərin əmək haqları dəfələrlə artırılıb, bundan sonra da artırılacaq.
“İnsanların saxta diplomlarla məktəbə gedib çıxma səbəblərini araşdırırıq. Buna şərait yaradanlar cəzalandırılacaq”.
Misir Mərdanov hazırda bütün ölkə üzrə müəllimlərin sənədlərinin araşdırıldığını deyib. “Məlum olub ki, çox müəllimin sənədi saxtadır. Məsələn, sənəddə yazılıb ki, BDU-nun riyaziyyat fakültəsini bitirib, amma Təhsil Nazirliyindən aldığı diplomun nömrəsi bu adamın adına deyil. Təəssüf ki, belə hallarla qarşılaşırıq. Saxta diplomluları işdən azad edəcəyik”.
Misir Mərdanov hazırda bu məsələnin Baş Prokurorluqla birgə araşdırıldığını deyib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*