Təhsil naziri müəllimlərin əmək haqlarının artırılacağını bildirdi

Azərbaycanda müəllimlərin əmək haqlarının artırılması ilə bağlı ölkə başçısının sərəncamı gözlənilir. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, bunu Təhsil naziri Misir Mərdanov bildirib. Nazirin sözlərinə görə, imkan olduqca müəllimlərin əmək haqları dəfələrlə artırılıb, bundan sonra da artırılacaq. “İnsanların saxta diplomlarla məktəbə gedib çıxma səbəblərini araşdırırıq. Buna şərait yaradanlar cəzalandırılacaq”. Misir Mərdanov hazırda bütün ölkə …