Home » Biznes sfera və iqtisadiyyat, Şou biznes və Mədəniyyət, Ümumi » Şou-biznesdə ən çox pul qazanan qadınların adları məlum oldu

Şou-biznesdə ən çox pul qazanan qadınların adları məlum oldu

“Forbes” jurnalı bu dəfə Hollivudunun məşhur qadınlarının il ərzində qazandığı milyonları hesablyıb. AgahMedia.Com informasiya portalının İ TV-yə istinadən məlumatına görə, dünyanın ən yüksək gəlirli qadını siyahısına OWN kanalının məşhur aparıcısı Opra Uinfri başçılıq edir. O, şou-biznesdə ən dövlətli qadın hesab olunur, onun illik gəliri 165 mln. dollar təşkil edib. Siyahının ikinci pilləsində Britni Spirs qərarlaşıb. Keçən il siyahıya düşməyən müğənni, konsert turu verməklə 58 mln. dollar qazanc əldə edib. Onun sonuncu “Femme Fatale” albomu ABŞ-da platinum hesab olunur.
Hər konsertinə görə 1 mln. dollar əldə edən Teylor Svift “Forbes”in siyahısında üçüncü yerdədir. Bu təəccüblü deyil, belə ki, onun 2010-cu ildə işıq üzü görən “Speak Now” albomu indiyə kimi müğənniyə qazanc qazandırır.
Dördüncü yerdə aparıcı Ellen Deceneresdir. Uğurlu fəaliyyəti ona 53 mln qazandırıb.
“We Found Love” və “Talk That Talk” kimi hitlərin sayəsində ilk dəfədir ki, “Forbes” siyahısına düşən, 53 mln. dollarla beşinci pillədə qərarlaşan müğənni Rihannadır.
Rihannadan bir pillə geridə qalan, lakin dünya şou-biznes arenasında mövqeyini itirməyən 52 mln. dollarla 6-cı yerdə Ledi Qaqadır.
İlk onluqda həmçinin uğurlu konsert turları, həmçinin yeni ətir seriyasını və geyim kolleksiyasını təqdim edən Cennifer Lopez, 45 mln. dollar qazanc əldə edən Jizel Bundxen, ABŞ musiqi çartlarında birincilik qazanmış Ketti Perri, realiti-şou aparıcısı, hüquqşünas Cudit Şeyndlin adlarıda var.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*