Home » Şou biznes və Mədəniyyət, Ümumi » Şou biznes əhli “Möcüzələr Realdır” adlı xeyriyyə konserti verəcək

Şou biznes əhli “Möcüzələr Realdır” adlı xeyriyyə konserti verəcək

Metkarting İdman və Əyləncə Mərkəzində oktyabrın 11-də “Möcüzələr Realdır” adlı xeyriyyə konserti keçiriləcək. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, “Möcüzələr Realdır” adlı xeyriyyə gecəsindən yığılan vəsaitin bir qismi 7 saylı uşaq evində yaşayan 15 yaşlı Rzazadə Vüsalənin əməliyyatı və müalicəsi üçün, digəri isə Buzovna qəsəbəsində yerləşən “Ginnes” adına sümük-vərəm dispanserində yaşayan uşaqların ehtiyaclarına sərf ediləcək.
Ehtiyacı olan körpələrə yardım etmək üçün xalq artistləri Nisə Qasımova, Flora Kərimova, müğənnilər Samira , Elnur, Samir Cavadzadə, Gökhan Erol, Sevda Yahyayeva, Azad Şabanov, Seyran (Next qrupu), Toni, Günay İbrahimli, Aygün İsmayilova, Roza Zergərli, Əbdül Xalid, Elvin Abdullayev, Çingiz Mustafayev, Elyanə, Kənan Əzimov və “Baku in Motion” qrupu dəstək olacaqlar.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*