Şok bank fırıldağı: Səhmləri 4 aylıq körpənin adına rəsmiləşdirdilər
|
AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, İspaniyanın “Novagalicia Bank” bankının nümayəndələri qəribə fırıldağa əl ataraq 4800 avroluq səhmlərin satışını dörd aylıq uşağın adına rəsmiləşdirmişlər. Körpənin valideynlərinin bundan xəbəri olmamışdır və onlar qəflətən məhkəməyə çağırıldıqda şoka düşmüşlər.
“Metro” qəzetinin yazdığına görə, bank rəhbərliyi bunun səhv olduğunu bildirsə də, polis ona inanmır.
“Novagalicia Bank” bankının əməkdaşları nəinki körpənin adına xeyli məbləğ köçürmüş, həm də bütün lazımi sənədləri rəsmiləşdirmişlər. Maraqlıdır ki, sənədlərdə uşağın valideynlərinin adları göstərilir, lakin məbləğ nədənsə onların bu il doğulmuş körpəsinin adına qeydə alınmışdır.
Polis bank rəhbərliyini fırıldaqçılıqda şübhəli bilir. Bununla belə məhkəmə qərara almışdır ki, təhqiqatın aparıldığı müddətdə bank yanlış tranzaksiyanı ləğv etsin və bütün məhkəmə xərclərini ödəsin.
Bu xərclər “saxta” köçürmə məbləği ilə müqayisə oluna bilər.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒