Sərxoş qadın içkinin təsirindən 400 min avroluq çekləri unitaza tökdü
|
AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Almaniyada lotereyada 400 min avro udan Anqela Mayer adlı qadın lotereyada udduğu pulları almaq üçün ödəniş mərkəzinə gedib və pulu qəbzlərlə əldə edib. Məbləği alan qadın evə gələrkən sevincindən 5 şüşə şərab da alıb. Evdə içməyə başlayan qadın qısa müddətədn sonra sərxoş olub. İçkinin təsirindən özünü itirən qadın pullarının qəbzlərini unitazda yumağa başlayıb. Özünə gələndən sonra etdiyi hərəkəti dərk edən qadın depressiyaya düşüb və səhərə qədər içki içərək ağlayıb. İçkinin təsirindən çıxandan sonra ətrafdakılardan pullarını ona vermələrini istəyib. Məhkəməyə müraciət edən Mayer pullarının ona verilməsini tələb edib.
Məhkəmədən isə ona sərxoşluq dərəcəsinin müəyyənləşdirilməsi üçün xüsusi mütəxəsis rəyinin lazım olduğu bildirilib.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒