Home » Beynəlxalq, Siyasət, Ümumi » Qənirə Paşayeva Avropa parlamentarilərinə müraciət etdi

Qənirə Paşayeva Avropa parlamentarilərinə müraciət etdi

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumrn yay sessiyasının ilk iş günündə Siyasi Büro və Daimi Komitənin iclasında çıxış edib. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə,millət vəkili Parlament Assambleyasında təmsil olunan həmkarlarına Assambleyanın ötən sessiyasından keçən dövr ərzində baş vermiş və Azərçaycan cəmiyyətinin ciddi narahat edən bəzi məsələlər barədə məlumat verərək, onların diqqətini həmin məsələlərə cəlb edib: «Təbii ki, bu gün Liviyada, Suriyada baş verənlər hamımızı ciddi narahat edir, amma Avropa Şurasının bir parçası olan Cənubi Qafqazda baş verənlər, yaşanan insan faciələri heç də az narahatlıq doğurmamalıdır. Bizim təşkilatımızın prinsiplərinə görə bir üzv ölkə digərinin ərazilərini işğal edə bilməz. Amma hamımızın gözü qarşısında Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və 1 milyona yaxın azərbaycanlını öz ev-eşiyindən, yurd-yuvasından didərgin salıb. Bu gün dünyanın heç bir yerində belə bir dəhşət yaşanmır ki, 1 milyona yaxın insan 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönə bilmir, öz yaxınlarının qəbirlərini ziyarət edə bilmirlər. Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi qətnamə bu günə qədər Ermənistan tərəfindən yerinə yetirilmir. Həmin qətnamədə Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etmək tələb olunur. Amma Ermənistan nəinki Assambleyanın qətnaməsinə məhəl qoymur, eyni zamanda təşkilatın qərarlarına belə hörmətsizlik, sayğısızlıq edir. Siz bilirsiniz ki, Assambleyanın qərarı ilə Dağlıq Qarabağ üzrə alt komitə yaradılıb. Biz bu komitənin yaradılmasını dəstəkləyirik və komitə çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələrə və dialoqa hazır olduğumuzu bildirmişik. Çünki biz bu münaqişənin tənzimlənməsində, həll olunmasında maraqlıyıq. Amma Ermənistan nümayəndə heyəti Assambleya və büronun qərarının əleyhinə çıxaraq onun işində iştirakdan imtina edir. Bu, əslində Assambleyanın qərarlarına bir hörmətsizlik olmaqla yanaşı, Ermənistan tərəfinin münaqişənin tənzimlənməsi istiqamətində heç bir addım atmaq niyyətində olmadığını, bu istiqamətdə dialoq və müzakirələri istəmədiyini göstərir. O üzdən biz Avropa Şurası Parlament Assambleyası rəhbərliyindən bu məsələ ilə bağlı sərt mövqeyin ortaya qoyulmasını gözləyirik. Avropa Şurası bu cür sayğısızlığa artıq yetər deməlidir. Bu gün Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından azərbaycanlıların tarixini silmək üçün onlara məxsus qəbiristanlıqları, tarixi-mədəni, dini abidələri məhv edirlər. Siz deyin, ailə üzvlərinizin qəbirlərinin dağılmasına necə reaksiya verərdiniz, hansı hissləri keçirərdiniz. Bu gün minlərlə azərbaycanlı bu dəhşətlə yaşayır. Mən sizi onların hisslərinə laqeyd qalmamağa çağırıram». Millət vəkili əlavə edib ki, bu həftənin 3-cü günü Ermənistan prezidenti Serj Sarkisyan Assambleya qarşısında çıxış edəcək. Minlərlə günahsız azərbaycanlının qətlində birbaşa əli olan, bu qətliamlarda birbaşa iştirak edən, Avropa Şurasının prinsiplərini pozaraq bu təşkilatın üzvü olan Azərbaycanın torpaqlarını 15 ildən artıqdır ki, işğalda saxlayan, 1 milyona yaxın insanın öz evinə dönməsinə imkan verməyən bir şəxsin insan haqlarının müdafiəsi dəyərləri üzərində qurulmuş bir təşkilatda çıxış etməsini görmək nə qədər üzücü və təəssüfdoğurucu bir mənzərə olsa da, biz ümid edirik ki, təşkilatın rəhbərliyi və siz Ermənistan prezidenti ilə görüşlərdə və suallarınızda ondan Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamələri yerinə yetirməsini, alt komitənin işinə mane olmamasını, 15 ildən artıqdır ki, evinə dönə bilməyən 100 minlərlə azərbaycanlının öz evinə dönməsinə imkan verməsini, qəbiristanlıqların dağıdılmasının dayandırılmasını tələb edəcəksiniz: «Mən Ermənistanla sərhəd bölgələrini təmsil edən bir millət vəkili kimi sizin hamınızı həqiqətləri yerində görmək üçün bölgəmə dəvət edirəm. Siz özünüz Ermənistan Silahlı Qüvvələrinin snayperlərlə hədəfə alaraq qətlə yetirdikləri uşaqların yaxınlarını, qadınların və yaşlıların yaxınlarını gördüyünüz zaman, 15 ildən artıqdır ki, öz evinə dönə bilməyən insanlarla danışdığınız zaman, yaxınları hələ də Ermənistanda əsir və girovluqda saxlanılan insanlarla görüşdüyünüz zaman gördükləriniz mənzərə sizi dəhşətə gətirəcək. O insanlar sizi ədaləti dəstəkləməyə çağırırlar. Onlar ümid edirlər ki, siz öz görüşlərinizdə və suallarınızda Ermənistan prezidentindən bunlara son qoyulmasını tələb edəcəksiniz. Bununla siz fundamental insan haqları pozulan 100 minlərlə insanın yanında olduğunu göstərəcək və onlarda təşkilata və gələcəyə böyük ümid və inam hisslərini yarada bilərsiniz və onlar sizdən məhz bunu gözləyirlər”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*