Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Oskar” mükafatının verilməsi qaydalarına dəyişiklik edildi

“Oskar” mükafatının verilməsi qaydalarına dəyişiklik edildi

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Oskar_mukafati

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Amerikanın Kino Sənəti Akademiyası nüfuzlu “Oskar” mükafatı üçün nominant filmlər üzrə öz üzvləri üçün səsvermə qaydalarında əsaslı dəyişikliklər olunduğunu elan edib. Akademiyanın prezidenti Houk Kox demişdir: “Oskar”ın tarixində ilk dəfə olaraq akademiyanın bütün üzvləri 24 dərəcə üzrə səsverməyə buraxılacaqlar. Onun sözlərinə görə, Müdirlər Şurası da akademiya üzvlərinin “Ən yaxşı qısametrajlı sənədli film”, “Xarici dildə ən yaxşı film”, “Ən yaxşı sənədli film” və “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyalarında rəqəmsal daşıyıcılarda filmlərə ilkin baxışa buraxılması təklifini bəyənmişdir.
Bir gün əvvəl “İlin ən yaxşı filmi” nominasiyasından başqa, təklif olunan bütün dərəcələr üzrə səsvermə akademiya üzvlərinin müxtəlif gildiyalara mənsubiyyətinə uyğun keçirilmişdir.
Başqa sözlə, aktyor nominasiyalarına – aktyorlar, operator nominasiyalarına – operatorlar, rejissor nominasiyalarına – rejissorlar səs vermişlər. İncəsənət Akademiyasının üzvləri “İlin ən yaxşı filmi” dərəcəsində mükafata namizədlərdən başqa, digər nominasiyalarda mükafatlara namizəd filmlərə yalnız kinoteatrlarda baxacaqlar.
Kox demişdir: “Bu dəyişikliklər üzvlərin akademiyanın fəaliyyətinin bütün tərəflərinə, ilk növbədə “Oskar” mükafatı üzrə səsverməyə cəlb olunması sahəsində səylərimizi davam etdirəcəkdir. Biz artıq gələn il qərar qəbul etmək üçün akademiklərə daha geniş imkanlar vermək istəyirik”.
2014-cü il martın 2-də Los-Ancelesdəki “Hollivud ənd Haylend” kompleksinin “Dolbi” kinoteatrında qızıl heykəllərin təqdim edilməsi üzrə 86-cı mərasim keçiriləcəkdir.
“Oskar” mükafatı 1929-cu ildən başlayaraq hər il təqdim edilir. Akademiyanın birinci prezidenti Duqlas Ferbenks kino aləmində görkəmli nailiyyətlərə görə mükafat təsis etmək təklifini irəli sürmüşdür.
Qaliblər akademiya üzvlərinin gizli səsverməsi yolu ilə müəyyənləşdirilir. 1934-cü ildən səsləri “Prays uoterhaus kupers” beynəlxalq auditor-konsaltinq şirkəti hesablayır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*