Home » Sosial, Təhsil sektoru, Ümumi » Müəllimlərin işə qəbulu üçün müsabiqə başlayır

Müəllimlərin işə qəbulu üçün müsabiqə başlayır

2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə cari il iyulun 1-dən başlanacaq. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, Təhsil Nazirliyindən verdiyi bildirilib ki, iyulun 1-dən 15-dək “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsinə daxil olmaqla elektron ərizələrin qəbulu aparılacaq. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları”, “Müsabiqə yolu ilə müəllimlərin işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu” iyulun 1-dək “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsində yerləşdiriləcək. 2013-2014-cü dərs ilində respublikanın rayon və şəhərlərinin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakant yerlər haqqında məlumat qəzetin 6-15-ci səhifələrində dərc olunub.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*