Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Microsoft şirkəti Office 2013 proqram paketini satışa çıxarıb

Microsoft şirkəti Office 2013 proqram paketini satışa çıxarıb

AgahMedia.Com informasiya portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, Microsoft korporasiyası Office 2013 ofis proqram paketini satışa çıxarıb. Yeni paket 2010-cu ildən təklif olunan Office 2010-nu əvəz edəcək.
Office 2013-ü dörd redaksiyada – Home&Student (ev və təhsil üçün – qiyməti 140 dollar), Home&Business (ev və biznes üçün – 220 dollar), Professional (Peşəkar – 400 dollar) və Professional+ (Peşəkar+) əldə etmək olar. Son redaksiya korporativ istifadəçilər üçün nəzərdə tutulur.
Lenta.ru saytının məlumatına görə, Office 2013 Home&Student versiyasının tərkibinə Word mətn redaktoru, Excel cədvəl redaktoru, PowerPoint təqdimatların yaradılması proqramı və OneNote bloknotu daxildir.
Home&Business versiyasında bu dəstə Outlook poçt proqramı, Professional redaksiyasına isə Publisher çap sistemi və Access məlumat bazasının idarə olunması sistemi əlavə edilir.
Office 2013-ün xüsusiyyətləri arasında yeni görünüşlü Windows (Metro) interfeysini, SkyDrive fayl saxlancı ilə inteqrasiyanı, PDF faylları Word-ə redaktə etmək imkanını, sensor ekranlı qurğulara malik istifadəçilər üçün “Sensor rejimi”ni (Touch Mode) və s. xüsusiyyətləri sadalamaq olar.
Office 2013-ü Windows 7 və Windows 8 əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularda quraşdırmaq mümkündür. Bununla yanaşı, Microsoft istifadəçilərə Office 365 ofis paketini də təqdim edir. Office 2013-dən fərqli olaraq Office 365 1 ay və ya 1 illik abunə əsasında yayılır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*